BolgeXeber.Com » Xəbərlər » Bu müəllimlərin maaşı artacaq - YANVARIN 1-dən

Bu müəllimlərin maaşı artacaq - YANVARIN 1-dən

6-09-2017, 17:53
Oxunub: 2 090 Bu müəllimlərin maaşı artacaq - YANVARIN 1-dənBu ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Məlumatda bildirilib ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub.
Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib.