loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Şabrandan ŞİKAYƏT VAR

Şabrandan ŞİKAYƏT VAR"Dedi ki, «torpaq mənimdir, özüm bilərəm, kimə sataram, kimə hədiyyə verərəm. Get, kimə istəyirsən, şikayət elə»

Redaksiyamıza Şabran rayonunun Daşlıyataq kənd sakini Bağırov Şıxseyid Məmmədrza oğlununun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadəyə ünvanlı şikayət ərizəsi daxil olub.

Şikayətçi yazır:

«Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli cənab rəis!
Hörmətli redaksiya!
Bildirirəm ki, mən Şabran rayonunun Daşlıyataq kəndində yaşayıram. Ailəliyəm, üç övlad atasıyam. Eyni zamanda, himayəmdə 68 yaşlı subay xəstə bacım var.
2012-ci ildə kəndimizin mal-qarası üçün nəzərdə tutulan örüş yerindən 30 sot torpağın mənə verilməsini Ağalıq kənd bələdiyyəsinin sədri Natiq Musayevdən xahiş etdim. Təbii ki, kənd əhalisinin razılığı ilə. Əvvəlcə Natiq Musayev mənə «Sənə sənəd verə bilmərəm. Ora örüş yeridir. Sadəcə, oranı təmizləyib əkib-becərə bilərsən» dedi. Mən də həyat yoldaşım, xəstə bacım və oğlumla birlikdə həmin ərazini daş-kəsəkdən, kol-kosdan, alaqdan təmizləyib taxıl əkdim. Bu minvalla 3 il həmin ərazidə ¬taxıl, bostan-tərəvəz məhsulları əkib becərdim.
Ailəm böyük, özüm isə şəkər xəstəsiyəm. Üstəlik də, qızımın ailəsi, onun azyaşlı uşaqları da mənim himayəmdədir.
Bu yaxında kəndimizdə yaşayan Ağalıq kənd bələdiyyəsinin üzvü Rüstəm Quliyev məni cağırıb dedi ki, «sən əkdiyin yeri Natiq Musayev Bakıda yaşayan Hüseyn Hüseynov adlı bir nəfərə satıb». Dedim, ola bilməz, əvvəla, ora örüş yeridir, bir də ki, mən oranı min bir əziyyətlə təmizləmişəm. Orada mənim, ailə üzvlərimin, xəstə bacımın alın təri var. Natiq Musayev belə insafsızlıq etməz.
Sonra bələdiyyəyə sədri Natiq Musayevin qəbulunda oldum. Natiq Musayev mənə elə münasibət göstərdi ki, getməyimə də peşman oldum. Dedi ki, «torpaq mənimdir, özüm bilərəm, kimə sataram, kimə hədiyyə verərəm. Get, kimə istəyirsən, şikayət elə».
Mən Natiq Musayevə çox yalvardım, lakin o, inadından əl çəkmədi. Sonra təkrar yenə Natiq Musayevin qəbuluna getdim, ona ailə vəziyyətimin ağır olduğunu söylədim. Yeganə dolanışıq yerimiz olan həmin ərazini məndən almamağı xahiş etdim. O, əvvəlcə mənə hədə-qorxu qəldi. Ona cənab prezidentimizin «Butun məmurlar xalqın xidmətçiləridir» sözlərini xatırlartdım. O isə mənə cavabında «prezident elə sözləri çox deyib, xeyri yoxdur» dedi. Sonra da dedi ki, «mənim arxamda Tahir Süleymanov kimi deputat dayanıb. Qapını çöldən bağlı, çıx get, öz işinlə məşğul ol». Mən də kor-peşman evə qayıtdım. Evdə ailəmin üzünə baxa bilmədim. Həyatımda ilk dəfə olaraq onların qarşısında öz gücsüzlüyümü, kimsəsizliyimi hiss etdim!
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli cənab rəis!
Mən Sizdən vəzifə, var-dövlət, yardım istəmirəm! Sizdən bələdiyyə sədri Natiq Musayevin qanunsuz olaraq başqasına satdığı becərdiyim torpaq sahəsini istəyirəm, özüm əkib-becərim, ailəmi dolandırım. Əgər son ümid yerim olan həmin torpaq sahəsi əlimdən alınarsa, mənim və ailəmin yaşamaq ümidi olmayacaq. Görəsən, dövlətin torpağını öz şəxsi mülkü hesab edən Ağalıq kənd bələdiyyəsinin sədri Natiq Musayevə «dur!» deyən tapılacaqmı?! Doğrudanmı o, deputat Tahir Süleymanova arxalanaraq mənim əkib becərdiyim torpağı Bakıda yaşayan Hüseyn Hüseynov adlı şəxsə satıb?! Bəlkə də heç bələdiyyə sədrinə havadarlıq edən deputat Tahir Süleymanovun onun bu hərəkətlərindən xəbəri yoxdur.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli cənab rəis!
Xahiş edirəm, üzləşdiyim bu haqsızlığa son qoyulmasına kömək edəsiniz.
Yeri gəlmişkən onu da deyim ki, Natiq Musayev bələdiyyədə mühasib işləyən Tahir Şükürovun bacısı oğludur. Eləcə də Sabran RİH-nin arxitektoru Eldəniz Şükürov Natiq Musayevin dayısı oğludur. Belə ki, bunlar Sabran rayonunda vəzifələri nəsilliklə zəbt ediblər. Mənim günahımdırmı ki, vəzifədə çalışan kimsəm yoxdur?! Bəlkə mənim heç yaşamağa haqqım yoxdur?!
Xahiş edirəm, mənə kömək edin!»
***
Şikayət ərizəsində toxunulan faktları dəqiqləşdirmək üçün şikayətçi ilə əlaqə saxladıq. Ş.Bağırov şikayətindəki faktları təsdiqlədi. Məsələ ilə əlaqədar Ağalıq kənd bələdiyyəsinin sədri Natiq Musayevlə də telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri isə şikayətin əsassız olduğunu bildirdi. \\tezadlar.az\\
Bölmə: Bölgə | 06 sentyabr 2017 18:05 | Baxış sayı: 64





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: