Azərbaycanın ağır atletika yığması Dünya çempionatına buraxılmayacaq?
7-09-2017, 10:20
Oxunub: 2 928
Azərbaycanın ağır atletika üzrə yığma komandası bir il müddətinə diskvalifiksiya olunacağı təqdirdə ABŞ-ın Anahaym şəhərində (Kaliforniya) keçiriləcək Dünya çempionatına buraxılmaya bilər
Bolgexeber.com Report-a istinadən xəbər verir ki, Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) xüsusi komissiyasının idmançılarının adı üç və daha çox hallarda dopinqdən istifadədə keçən 9 ölkəyə qarşı başladığı araşdırmalar sona yetmək üzrədir.
“Üç nəfərdən ibarət komissiya IWF İcraiyyə Şurasının 3-dən 10-a qədər atletinin Pekin-2008 və London-2012 olimpiya oyunları üzrə nümunələri yenidən attestasiya zamanı müsbət nəticə verən 9 ölkənin cəzalandırılmasına dair təkliflərinin araşdırılması üçün yaradılıb. Komissiya bu həftəsonu Budapeştdə işi yekunlaşdırmmaq üçün görüş keçirməlidir. Onun hesabatı IWF İcraiyyə Şurasının 30 sentyabr – 1 oktyabrda Buxarestdə keçiriləcək növbədənkənar iclasına daxil ediləcək… Çox güman ki, doqquz ölkənin hər birinin dünya çempionatında iştirakına qadağa qoyulacaq”, — deyə “InsidetheGames” nəşri yazır.
Qeyd olunur ki, burada söhbət Qazaxıstan və Rusiya (Hər yığmada 10 müsbət dopinq nümunəsi), Belarus (7 müsbət nümunə), Azərbaycan (5), Ermənistan (4), Türkiyə, Ukrayna, Çin və Moldovadan (hər biri 3) gedir.
Bununla yanaşı, nəşrin məlumatına görə, söhbət doqquz ölkədən hər birinin 1 il müddətinə IWF-nin təşkilatçılığı ilə keçirilən bütün yarışlardan kənarlaşdırılmasından gedəcək.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər