BolgeXeber.Com » Analitika » Bir kiçik məmurun böyük sərvəti

Bir kiçik məmurun böyük sərvəti

3-12-2012, 11:10
Oxunub: 7 603 Azərbaycanda özəl sektorun dövlət məmurlarının əlində olduğu hər kəsə bəllidir.

Demək olar ki, ölkədə özəl və qeyri-özəl sahələrdəki irili-xırdalı bütün gəlir sahələrini bölüşdürüblər. Bunlar heç də təzə bir şey deyil və bu həqiqətləri baxçaya gedən uşaqlar da bilir. Çünki dövlət məmurlarının baxçadakı uşaqlardanda rüşvət alması adi hal kimi qəbul olunur. Digər tərəfdən dövlət qulluqçularının öz vədifələrindən sui-istifadə edərək adminstrativ rıçaqlardan və korrupsiyadan yararlanaraq böyük sərvət sahibi olmaları ölkəmizin əsas iqtisadi gösətəricisi olması da sirr deyil. Təbbi ki, həmin dövlət məmurlarının mal varlıqları heç də qanuni deyil və bu insanlar dövlətdən hər il yüz milyonlarla vergi qaçraraq dövlətimizə və xalqımıza külli miqdarda ziyan vururlar.
Amma ölkədə elə kiçik məmurlar da var ki, onların mal varlıqları oliqarx məmurların mal varlıqları qədər böyüyüb və onların varlığından kimsənin xəbəri yoxdur. Pia.az həmin görünməyən kiçik məmur-oliqarxlardan birini oxuculara təqdim edir.

Redaksiyamıza bu günlərdə daxil olan bir məlumatda bildirilir ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Qoşqar Məmmədovun mal varlığı on milyonlarla manatın üzərindədir. Məlumatda bildirilir ki, Qoşqar Məmmədovun mal varlığı rayon rəhbərliynin, hətta İcra başçısı Abidin Fərzəliyevin mal varlığından heç də geri qalmır. Hətta onun mal varlığı orta səviyyəli nazirimizin mal varlığı ilə belə müqayisə edilə bilər. Belə ki, Qoşqar Məmmədov Nərimanov metrosunun ətrafında onlarla obyektin ya sahibidir, ya da şəriki. Ağa Nemətulla küçəsində isə kiçik məmur-oliqarxlar köhnə Stalin binalarında bir neçə mənzilin sahibidir . Əhməd Rəcəbli küçəsində, Bakond deyilən ərazidə, YAP Nərimanov təşkilatının ətrafında Qoşqar Məmmədovun onlarla obyekti fəaliyyət göstərir. Onlardan «Arivia» otelini, «Rahat» Market köhnə binasını başqa onlarla obyekti göstərmək olar. Həmçinin Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədrinin «Rahat» Market MKTB-nin ortağı olduğu da məlumatda bildirilir.

Qeyd edək ki, Qoşqar Məmmədovun obyektləri tək bununla bitmir. Atatürk prospektindəki parkın içindəki restoranların bir neçəsinin sahibi də məhz Qoşqar Məmmədovdur. Atatürk prospektindəki obyektlərindən ən məşhuru isə «Park Fore» restoranıdır.
Kiçik məmur-oliqarxın maşın kolleksiyasına isə söhbət belə ola bilməz. Məlumatda bildirilir ki, Qoşqar Məmmədov «Lexus» avomobillərinin vurğunudur. Belə ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədrinin 5-dən artıq «Lexus»markalı maşını var ki, bu maşınların hər birinin qiyməti 110 min manatla 150 min manat arasında dəyişir. Həmin maşınların hamısının dövlət nişanı isə 700-dür.
Məlumatda qeyd olunur ki, Qoşqar Məmmədovun obyektlərinin çoxusu kirayəyə verilib və ən kiçik obyektinin aylıq kirayə haqqı 5 000 manatın üzərindədir. Məlumatda o da bildirilir ki, yuxarıda sadalananlar Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədrinin mal varlığının ancaq bir hissəsidir və mənbə yaxın zamanlarda Qoşqar Məmmədovun mal varlığının tam siyahısını PİA.AZ-a təqdim edəcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericiliyənə əsasən dövlət məmurlarının bizneslə məşğul olmaları qadağandır. Təbii ki, Qoşqar Məmmədov bir sıra obyektləri yaxın qohumlarının adınadır. Lakin bu da dövlət qulluqçusunun öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinin göstəricisidir. Digər tərəfdən mənbə bildirir ki, bir çox hallarda Qoşqar Məmmədov kirayə verdiyi obyektlərdən kirayə pulunu özü toplayır. Elə bu üzdəndə onun «Lexus»larını Nərimanov metrosnunun ətrafında çoxları tanıyır.
Bəs Qoşqar Məmmədov bu sərvəti hardan qazanıb? Məlumatda bildirilir ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri ən böyük vurğunu Nərimanov İcra Hakimiyyətinin başçsının birinci müavini Şahmar İbadovla birlikdə 5 saylı poliklinikanının ətrafındakı evlər sökülən zaman edib. Belə ki, başçının müavini ilə işbirliyi içinə girən Qoşqar Məmmədov ərazidən köçürülən vətəndaşlara külli-miqdarda vəsait «atıb». Yəni Şahmar İbadov və Qoşqar Məmmədov dövlətdən beş alıb, vətəndaşlara iki veriblər. Hətta bu böyük maxinasiyadan icra başçsı Abidin Fərzəliyevin belə tam məlumatlı olmadığı qeyd olunur. Məlumatda qeyd olunur ki, Şahmar İbadov və Qoşqar Məmmədov bir çox işlərdə birgə çalışırlar və onların bir çox şərikli biznesləri var.

Qoşqar Salmanovun ikinci ən böyük «qazancı» Nərimanov rayonunıdakı ermənilərdən qalma evlərdən olduğu bildirilir. Məlumdur ki, 80-ci illərin sonunda Bakının ən gözəl və bahalı ərazilərində ermənilər məskunlaşmışdılar. Nərimanov rayonu da ermənilərin üstünlük verdiyi ərazilərdən olub. Qarabağ münaqişəsi yaranan zaman evlərini qoyub Azərbaycan gedən ermənilər son illər həmin evlərə sahib çıxmağa başlayıblar. Əvvəl-əvvəl Rusiyada yaşayan azərbaycanlılara satılan evlər daha sonra Qoşqar Məmmədovun biznesinə çevrilib.
Belə ki, uzun müddət istifadə olunmadığından hətta pərdələri belə saralan bu mənzilləri Ağa Nemətulla küçəsində hamı açıq-aydın seçə bilirdi. Həmin ərazidə köhnə Stalin binalarında həmin evlərdən bir neçəsi hələ də durmaqdadır və bu evlər pəncərələlirdən anında bilinməkdədir. Yerli əhali də həmin evlərin kimlərə məxsus olduğundan xəbərdar olduğuna görə, qısa müddətdə satılan erməni evləri rayon məmurlarının diqqətini cəlb edib. İşlə bir-başa məşğul olan Qoşqar Məmmədov isə həmin evi alanlardan biri ilə yaxınlıq yaradaraq Rusiyadakı ermənilərlə təmasa keçib. Nəticədə isə Nərimanov rayonunudakı satılan erməni evlərinin satışını öz əlinə keçirib.
Qoşqar Məmmədov ərazidəki erməni evlərinin böyük əksəriyyətini qısa müddət ərzində satmağa müəssər olub. İddiaya görə, satılan evlərinin qiymətinin yarısı Rusiyaya göndərilib və əvəzində alqı-satqı müqaviləsi Bakıya göndərilib. Bu münvalla qısa müddət ərzində Qoşqar Məmmədovun varidatı ağılagəlməz dərəcə artıb.

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədrinin daimi gəlir yeri isə Nərimanov rayonundakı Mənzil İstimar İdarələrindən (Mİİ) yediyi pullardır. Məlumdur ki, Mənzil İstimar İdarələrində böyük korrupsiya mövcuddur və Mİİ sədrlərinin hamısı ölkədə imkanlı adamlar olaraq tanınırlar. Qoşqar Məmmədov isə Nərimov rayonunda Mənzil İstimar İdarələrinin işlərinə birbaşa rəhbərlik etdiyi üçün burda fırlanan böyük korrupsiya maxinasiyaları məhz onun nəzarəti altında həyata keçirilir. Bu barədə isə gələn yazımızda…

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…