BolgeXeber.Com » Xəbərlər » Əbülfəs Qarayevin "Dədə Qorqud" müəmması... - Korrupsiya, yoxsa...

Əbülfəs Qarayevin "Dədə Qorqud" müəmması... - Korrupsiya, yoxsa...

7-09-2017, 15:18
Oxunub: 1 629 Əbülfəs Qarayevin "Dədə Qorqud" müəmması... - Korrupsiya, yoxsa..."Dədə Qorqud" dastanı əsasında ekranlaşdırılacaq çoxseriyalı filmin çəkilişlərində problem yaranıb

Metbuat.az xəbər verir ki, prezident İlham Əliyev 2013-cü ildə "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalamışdı.

Filminin çəkilişi ilə bağlı Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılmışdı.

Filmin ssenarisi xalq yazıçısı Anara, rejissor işi Ramiz Həsənoğluna aiddir.

Bu ilin dekabrın 28-də ölkə başçısının sözügedən sərəncamın verilməsinin 4-cü ili olacaq . Ancaq təəssüflər olsun ki, çəkilişlərlə bağlı hansısa irəliləyiş və hərəkətliliyik gözə dəymir.

Mədəniyyət və Turizm Nazirliyindən Metbuat.az-ın sorğusuna cavbab olaraq bildirdilər ki, filmlə bağlı bəzi işlər görülüb. Nazirliyinin kinomatoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun sözlərinə görə, “Dədə Qorqud” kino layihəsi məcburən yarımçıq qalıb:

“Serialın istehsalı maliyyə çatışmazlığı səbəbindən təxirə salınıb”.