BolgeXeber.Com » Dünya » “Facebook”dan daha bir yenilik: şərhlər də rəngli olacaq

“Facebook”dan daha bir yenilik: şərhlər də rəngli olacaq

7-09-2017, 16:44
Oxunub: 2 854  “Facebook”dan daha bir yenilik: şərhlər də rəngli olacaq“Facebook” sosial şəbəkəsində yeni qeyr-adi imkan yaradılacaq

Sosial şəbəkə yeni funksiyanı sınaqdan keçirir. Artıq bəzi istifadəçilər statusların altından rəngli şərhlər yazmaq imkanına malikdirlər.

Belə ki, mövcud fondakı 7 rəngdən birini, həmçinin narıncı, açıq yaşıl və bənövşəyi rəngləri seçmək mümkündür.

Yenilik hələlik ancaq mobil cihazlarda mövcuddur. İlk olaraq yeni imkanları “Android” əlavələrin istifadəçiləri qiymətləndirə biliblər. Əlavədəki bu funksiyanın sosial şəbəkənin masaüstü versiyasına əlavə olunacağı hələlik məlum deyil.

Artıq şəbəkə istifadəçiləri rəngli şərhlərə şikayətlərini bildiriblər. Bir çoxları isə etiraf edib ki, sosial şəbəkənin belə bir qərarı onları əsəbiləşdirir.