loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Londona gedib "Qarabağ"ın oyununa baxmaq neçəyə başa gələcək? QİYMƏTLƏR - VİDEO

Londona gedib "Qarabağ"ın oyununa baxmaq neçəyə başa gələcək? QİYMƏTLƏR - VİDEOBirinci sınağından üzü ağ çıxan "Qarabağ” komandasına UEFA qrup mərhələsində də azarkeşlər dəstək olacaqlar

Play off mərhələsini keçən "Qarabağ” Azərbaycan futbol tarixində bir ilkə imza atmışdı. Növbəti mərhələdə "Qarabağ"ın dünya ulduzları ilə səfər oyununa da indidən turizm şirkətləri tur paketlər hazırlayıb. Əməkdaşlarımız "Qarabağ"-ın səfər oyununa ən ucuz canlı baxmağın yollarını araşdırıb.

Tofiq Bəhrəmov adına respublika stadionunda keçirilən UEFA Çempionlar Liqasının pley of mərhələsində Qarabağın ev oyunlarına biletlər demək olar ki, çox tez bir zamanda satılıb qurtarmışdı. Azarkeş dəstəyinin qarşılığını qələbəylə qaytaran "Qarabağ"in növbəti qrup mərhələsində də oyunlarına böyük maraq var.

Qarabağ Azərbaycan futbol tarixində bir ilkə imza atmaqla yanaşı idman turizminin yenidən inkişafına səbəb olub. Artıq bəzi turizm şirkətləri sırf Qarabağın oyunları üçün xüsusi tur paketlər hazırlayıblar.

İlk səfər oyununa İngiltərənin Çelsi klubu ilə çıxan Qarabağın oyunu izləmək istəyənlər minimum 600 avrolarından keçməli olacaqlar. Bura qarşılanma və yola salınma, aviabilet və oyun biletləri də olmaqla otel xərcləri də daxildir. 6 gecə 7 günlük səfərdə 2 gün də Budapeşt səyahəti də tura daxildir.

Daha ucuz variant axtaranlar isə Kutaisidən uçmaq və hosteldə qalmaqla 300 avroya qədər qənaətlə oyunu izləyə bilərlər

Daha çox maraq isə Qarabağın Atletiko Madrid komandası ilə olan oyunadır.
İspaniya, İtaliya, İngiltərəyə getmək üçün viza tələbi olduğundan oyuna getmək istəyən azarkeşlər bir neçə gün öncədən müraciət etməlidir. İngiltərənin Çelsi komandası ilə olan ilk oyun sentyabrın 27 də, Bakı vaxtı ilə 22 :45 də başlayacaq.


Bölmə: İdman | 08 sentyabr 2017 09:24 | Baxış sayı: 25





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: