BolgeXeber.Com » Ölkə » Dilə yapışan meyvə şirələri: Bu şirədən alanları hansı təhlükə gözləyir? - VİDEO

Dilə yapışan meyvə şirələri: Bu şirədən alanları hansı təhlükə gözləyir? - VİDEO

8-09-2017, 09:26
Oxunub: 2 262 Dilə yapışan meyvə şirələri: Bu şirədən alanları hansı təhlükə gözləyir? - VİDEOİçəndən sonra rəngi dilə yapışıb qalır, insanda suzusuzluq yaradır

İstehlakçılar çox vaxt meyvə şirələrinin qiymətinə və rəngarəngliyinə aldanır. Əslində isə onların içərisində meyvədən əsər əlamət yoxdur. Əgər orda E kodu ilə başlayan yazı varsa, bu artıq ciddi xəbərdalıq sayılır. Qida mütəxəssisləri bildirir ki, əgər bu xəbərdarlığa əməl edilməsə həmin şəxsləri xərçəng təhlükəsi gözləyir.

Bu şəkil şadliq evlərindən birində masanin üzərində çəkilib. Diqqətlə baxin, rəngi digər meyvə şirələrindən seçilmir, ancaq üzərində adindan başqa heç bir yazi və ya qeydlər yoxdur. Bu sadəcə bir nümunədir. Mənşəyi məlum olmayan belə məhsullarin sayi isə son günlər artib. Bəs görəsən paytaxt sakinləri meyvə şirələri alarkən nələrə diqqət yetirirlər.

Əgər mağazalardan və marketlərdən meyvə şirələri alarkən xirda nyuanslara diqqət yetirsək bu zaman heç bir problemlə rastlaşmariq. Amma hətta seçim edərkən də bilməli olduğumuz vacib məqamlar var. Qida mühəndisləri iddia edirlər ki, istehlakçilar şox vaxt qiymətə və şirələrin rəngarəngliyinə aldanirlar. Əslində isə onlarin içərisində meyvədən əsər əlamət yoxdur.

Amma təəssüflər olsun ki. Artıq belə şirələrə nəinki mağazaların piştaxtalarında, Hətta insanların kütləvi olduğu məkanlarda - restoran və kafelərdə, Şadlıq evlərində masaların üzərində də rast gəlinir. Bəzənsə heç nəyə fikir vermədən belə şirələrin dadına baxmalı oluruq. Lakin mütəxəssislər deyirlər ki, belə şirələrin keyfiyyətni hər kəs sadə üsulla yoxlaya bilərlər:

Sahibkarlara isə tövsiyyə olunur ki, mənşəyi, istehsal yeri və tarixi bilinməyən bu kimi məhsulların ucuzluğuna aldanıb, müştərilərin sağlamlığını təhlükəyə atmasınlar.