BolgeXeber.Com » Xəbərlər » İzzət Bağırovun iştirak etdiyi “beşbarmaq” davasının yeni təfərrüatı

İzzət Bağırovun iştirak etdiyi “beşbarmaq” davasının yeni təfərrüatı

8-09-2017, 13:15
Oxunub: 2 656 İzzət Bağırovun iştirak etdiyi “beşbarmaq” davasının yeni təfərrüatıƏməkdar artistlər müğənni üçün üzrxahlığa getmədiklərini deyirlər

Müğənni İzzət Bağırovun iştirak etdiyi bir məclisdə baş verən davanın yeni təfərrüatları məlum olub. Belə ki, avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində müğənninin Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza “beşbarmaq”la zərbələr endirib. Ağır zərbələr alan N.Aslanın hazırda 3 saylı şəhər xəstəxanasında, reanimasiya şöbəsində müalicə aldığı bildirilir.

Onun ailəsinin femida.az-a verdiyi məlumata görə, hadisə baş verən günü Novruz Aslanın yaxın qohumlarının ali məktəbə daxil olması münasibətilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. Bu zaman İzzət Bağırov “Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Elməddin Nəbiyev İzzət Bağırova “Niyə mənə tərbiyəsiz dediniz?” sualını verdiyinə görə müğənni ilə aralarında gərginlik yaranıb. Gərginliyin artdığını görən ailə üzvləri davaya müdaxilə ediblər. Həmin anda Novruz Aslanov “beşbarmaq”la İ.Bağırovun prodüseri Elçin tərəfindən vurulub. Məclis iştirakçıları ilə İzzət Bağırov arasında yaranan gərginlik daha sonra kütləvi davaya çevrilib. Restoranın mühafizəçiləri də davaya qoşulub.

“Bəs İzzət Bağırov hadisədən sonra sizinlə əlaqə saxlayıbmı?” sualını cavablandıran ailə üzvləri bildirib ki, müğənninin xanımı dəfələrlə onlarla telefon əlaqəsi yaradıb.
“Hadisədən sonra İzzət Bağırovun həyat yoldaşı bir dəfə bizimlə telefonda danışıb. Telefonda dedi ki, İzzət hadisə ilə bağlı üzr istəməyə hazırdır. Hətta bir neçə müğənnini Firuzə İbadovanı, Cavanşir Məmmədovu, Zöhrə Abdullayevanı və başqalarını üzrxahlıq üçün yanımıza göndərdilər. Həmin gün İzzət Bağırovun həyat yoldaşı da gəlmişdi. İzzət Bağırov bu günə kimi xəstəxanaya gəlməkdən qorxurdu. Qohumlarımızın ondan qisas alacağını düşünürdü. Bizsə bunun tam əksini onlara çatdırdıq. Bu gün İzzət özü də xəstəxanaya gəlmişdi. Hadisəyə görə ailəmizdən üzr istədi. Onlar bizə müəyyən məbləğdə pul təklif etsələr də, qəbul etmədik. Bütün xəstəxana xərclərini, vəkil pulunu özümüz ödəmişik”.

Ailə üzvlərinin iddialarına görə, Novruz Aslanın başına zərbələr endirən Elçin polis tərəfindən sərbəst buraxılıb.

“Novruzun başına küt alətlə zərbələr endirən Elçini xəstəxananın həyətində gördük. Onun azadlığa necə buraxıldığını başa düşə bilmirik”.
İzzət Bağırovun iştirak etdiyi “beşbarmaq” davasının yeni təfərrüatı
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı müğənni İzzət Bağırovun özü ilə əlaqə saxlamağa çalışıb. Lakin müğənni zənglərə cavab verməyib. İzzət Bağırovun özü deyil, əməkdar artistləri üzrxahlığa göndərməsi isə suallar doğurub.

Olayla bağlı “Yeni Müsavat”a danışan əməkdar artist Cavanşir Məmmədov yalnız ağsaqqal kimi xəstəxanaya getdiyini deyib: “Bir ağsaqqal kimi Qurban bayramında gedib xəstəni ziyarət etmişəm. Bəyəm pis etmişəm?! Məni heç kim üzrxahlığa göndərməyib. İzzət Bağırov mənim sənət yoldaşımdır, özü də yaşca kiçikdir. Hadisə baş verib, Qurban bayramında gedib ziyarət etmişəm. Bu üzrxahlıq etmək demək deyil. Kim ki belə yazıb, qələt edib, başından da böyük səhv edib. Gedib kimdənsə üzr istəməmişəm ki? Kim səhv edib, gedib o üzr istəsin, vəssalam!”.
İzzət Bağırovun iştirak etdiyi “beşbarmaq” davasının yeni təfərrüatı
Əməkdar artist Firuzə İbadova isə məsələyə bu cür aydınlıq gətirdi: “Mən heç kimin xəbəri olmadan kimsəsiz uşaqlar, qocalar evlərinə gedirəm. Yəni reklamı sevmirəm. Ora da kiminsə xahişi ilə getməmişəm. Yeri gələndə bütün dostlarım üçün minnətə də, üzrxahlığa da gedərəm. Onlar da bizim insanlarımızdır. Amma olay sizin bildiyiniz kimi deyil”.

Qeyd edək ki, femida.az saytının yaydığı məlumata görə, faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.
İzzət Bağırovun iştirak etdiyi “beşbarmaq” davasının yeni təfərrüatı
İzzət Bağırovun iştirak etdiyi “beşbarmaq” davasının yeni təfərrüatı
İzzət Bağırovun iştirak etdiyi “beşbarmaq” davasının yeni təfərrüatı