BolgeXeber.Com » Xəbərlər » Lütfi Zadəyə “fındıqbaş” deyən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri üzr istədi

Lütfi Zadəyə “fındıqbaş” deyən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri üzr istədi

8-09-2017, 13:54
Oxunub: 2 165 Lütfi Zadəyə “fındıqbaş” deyən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri  üzr istədiNazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli dünya şöhrətli Azərbaycanlı alim Lütfi Zadə ilə bağlı verdiyi açıqlamaya görə üzr istəyib

Bolgexeber.com xəbər verir ki, A.Əli bununla bağlı feysbuk hesabında yazıb:
“ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”
Qeyd edək ki, sentyabrın 5-də dünyasını dəyişən azərbaycanlı alim Lütfi Zadənin nəşinin hansı məkanda dəfn olunacağı qafqazinfo.az saytı A.Əli ilə bu gün səhər saatlarında əlaqə saxlayıb. O isə müxbirin sualına bu cür cavab verib:
“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.