Qafqaz Müsəlmanları İdarəsinin mərasim zallarındakı israfçılığı kim yaradır...
8-09-2017, 17:01
Oxunub: 2 097
Təxminən bir il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimlərində israfçılığın qarşısının alınması üçün əhaliyə təklif və tövsiyələrini versə də, bir nəticə hasil olmadı
Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu israfçılığın qarşısının alınmasında can-fəşanlıq göstərdiyini müşahidə edə bilmədik. Heç kimə sirr deyil ki, elə QMİ-nin nəzarətində olan mərasim zallarında yas sahiblərinə təklif edilən menyuda istənilən növ soyuq qəlyanaltılar, qazan xörəkləri, müxtəlif sulara rast gəlmək mümkündür. Yəni olmazmı ki, menyu tərtib olunan zaman məhdud sayda təam təklif edilsin?
Modern.az-ın mövzu ilə bağlı sualını QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı cavablandırıb.
O bildirib ki, menyu tərtibi Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətində olan məsələ deyil:
“QMİ menyu təklif etmir. Mərasim zallarında məclis qaydasını yas sahibləri özləri təyin edirlər. QMİ bir dini və ictimai qurum olaraq insanlara israfdan və ifratdan uzaq olmağı tövsiyə edir”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər