BolgeXeber.Com » Xəbərlər » Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

12-09-2017, 16:26
Oxunub: 2 188 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilibƏmlak Məsələləri Dövlət Komitəsi 12 sentyabrda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib

Əmlak Məsələləri Dövlət Komitəsindən Bolgexeber.com-a verilən məlumata görə əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Qeyd edək ki, Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adı çəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektləri Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov və digər rayonlarda yerləşir. Özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 13 kv.m ilə 134 kv.m arasında dəyişir.
Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Bölgələr üzrə özəlləşdirilən hər iki kiçik dövlət müəssisəsi Lerikdə yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 70/1 saylı mağaza olub. Əlverişli olması ilə seçilən daha bir kiçik dövlət müəssisəsi Lerik xalça sexinin əmlak kompleksidir. Həmin əmlakın torpaq sahəsi 4 min 500 kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1500 kv.m-ə yaxındır.
Qeyd edilməlidir ki, Lerik xalça sexinin əmlak kompleksi kimi müəssisələrin özəlləşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı həm də yüngül sənayenin inkişafına töhvə verir. Bu isə daxili geyim tələbatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxmasına səbəb olur. Eyni zamanda ölkədən vəsait çıxmamaqla yanaşı bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən sahəsi 14,2 kv.m-ə yaxın olan qeyri yaşayış obyektidir.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Qeyd edilməlidir ki, hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investisiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur.
Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.
Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilərlər.
Xatırladaq ki, Komitə tərəfindən növbəti belə hərrac 19 sentyabr keçiriləcək. Həmin hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2422
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib