BolgeXeber.Com » İdman » “Çelsi”nin gəncləri “Qarabağ”ı DARMADAĞIN ETDİ

“Çelsi”nin gəncləri “Qarabağ”ı DARMADAĞIN ETDİ

12-09-2017, 19:03
Oxunub: 3 669 “Çelsi”nin gəncləri “Qarabağ”ı DARMADAĞIN ETDİBu gün Çempionlar Liqası ilə paralel Gənclər Liqasına da start verilib

Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan çempionu “Qarabağ”ın U-19 komandasının debütü ilə əlamətdar olub

Tarixdə ilk dəfə Gənclər Liqasının Çempionlar yolunda mübarizə aparan Rəşad Sadıqovun komandası Londonda “Çelsi” ilə üz-üzə gəlib. Görüşün ilk hissəsi qolsuz heç-heçə başa çatsa da, İbrahim Qədirzadənin 49-cu dəqiqədə meydandan qovulması “Qarabağ”ın darmadağın olması ilə nəticələnib. Hesabı 54-cü dəqiqədə açan “Çelsi” 27 dəqiqəyə daha 4 dəfə fərqlənib. Rəqibin kapitanı Luk MakKormik isə 13 dəqiqəyə het-trikini rəsmiləşdirib.

Qeyd edək ki, 2015/16 mövsümündə “Spartak”la qarşılaşan “Rəvan” səfərdə 0:4 hesabı ilə uduzub, Bakıda qolsuz sülhə razılaşmışdı. 2016/17 mövsümündə isə “Qəbələ” “Dinamo”ya (Moskva, Rusiya) öz meydanında 0:2, səfərdə 0:5 hesabı ilə yenilib.

Gənclər Liqası
Çempionlar Liqası yolu
C qrupu, I tur
12 sentyabr

“Çelsi” – “Qarabağ” - 5:0
Qollar: Kallum Hadson-Odoi, 54; Luk MakKormik, 63, 71, 74; Çarli Braun, 80
Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49
Baş hakim: Robert Hennessi
Baş hakimin köməkçiləri: Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)
Dördüncü hakim: Con Basbi (İngiltərə)
UEFA nümayəndəsi: Bert Andersson (İsveç)
Hakim-inspektor: Peter Cons (İngiltərə)
Surrey. “Çelsi”nin təlim-məşq bazasının stadionu
“Çelsi”: 1. Ceymi Kamminq, 2. Rise Ceyms, 3. Jozef Kolli, 4. Trevo Çaloba, 5. Koul da Silva, 6. Ethan Ampadu, 7. Duyon Sterlinq, 8. Luk MakKormik (k), 9. Martell Teylor-Krossdeyl, 10. Yakob Maddoks, 11. Kallum Hadson-Odoi
Ehtiyat oyunçular: 13. Marsin Bulka, 12. Xuan Familio-Kastilyo, 14. Çarli Braun, 15. Corc Makİçran, 16. Mark Quehi, 17. Konor Qallager, 18. Coşua Qrant
Baş məşqçi: Co Eduards
“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 28. Süleyman Əhmədov, 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 48. İbrahim Qədirzadə, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 80. Yusif Həsənov
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev
Baş məşqçi: Rəşad Sadıqov


Qeyd edək ki, bu, Azərbaycan klublarının Gənclər Liqasında 3-cü böyükhesablı məğlubiyyətidir.

5 cavabsız qol buraxan Rəşad Sadıqovun komandası həm də antirekorda şərik olub. Onlar ən böyükhesablı məğlubiyyətimizi təkrarlayıblar.

Belə ki, indiyədək ən ağır məğlubiyyət ötən il Moskvada qeydə alınmışdı. “Qəbələ” yerli “Dinamo”ya 0:5 hesabı ilə uduzmuşdu. İlk darmadağın isə 2 il öncə yaşanmışdı. “Rəvan” digər Moskva təmsilçisi “Spartak”dan 4 cavabsız qol buraxmışdı.