BolgeXeber.Com » Dünya » Bu ölkədə köklük ən gözəl qadın olmaq deməkdir

Bu ölkədə köklük ən gözəl qadın olmaq deməkdir

13-09-2017, 10:02
Oxunub: 9 704 Bu ölkədə köklük ən gözəl qadın olmaq deməkdirDünyada qəbul edilən gözəllik kriteriyalarına görə qadın müəyyən bədən formalarına malik olmalıdır

Amma bu ölkədə qadının arıq olması rüsvayçı fakt kimi qəbul edilir. Söhbət Afrikada yerləşən Mavritaniyadan gedir. Belə ki, bu ölkənin ən gözəl qadınları ən kök olanlar hesab edilirlər. Arıq qadınlara isə yeməyə çörək belə ala bilməyən yoxsul kimi baxırlar.

Bu ölkədə evlənmə yaşına gələn qızlar ailə qurmaq üçün kök olmalıdırlar. Bunun üçündə özləri üçün xüsusi qida rasionu hazırlayırlar. Bura dəvə südü, zeytun yağına batırılmış çörək, keçi ətindən olan bol kalorili yeməklər daxildir.

Mavritaniyada bu adət "gavage” adlanır. Bu rasion sayəsində iki günə 5 kq-a yaxın kökəlmək mümkündür.

Bu adət haqqında sənədli film çəkilişlərində iştirak edən kişilər belə kök qadınları daha cəlbedici olduğunu düşündüklərini deyiblər. “Gavage” adət ənənəsinə məruz qalanlar isə bunun müəyyən zamandan sonra işgəncəyə çevrildiyini, hətta yeməkdən imtina edəndə valideynlərin şiddətinə məruz qaldıqlarını, barmaqlarının qırıldıqlarını deyirlər.
Bu ölkədə köklük ən gözəl qadın olmaq deməkdir