loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıb

Mixeil Saakaşvili qaldığı hoteldən yoxa çıxıbOdessanın sabiq qubernatoru Mixeil Saakaşvili gecə saatlarında Lvovda qaldığı hoteldən naməlum istiqamətdə yola çıxıb

Bolgexeber.com Ölkə.Az-a istinadla məlumat verir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Axşam saatlarında Saakaşvilinin qaldığı hotelin foyesində izdiham olub. Onlar arasında eks-qubernatorun mühafizəçiləri və silahdaşları olub. Sonra isə onlar qəflətən küçəyə çıxıblar və "Donbass" batalyonunun mikroavtobusu və digər nəqliyyat vasitələrinə əyləşərək, naməlum istiqamətdə hərəkət ediblər.

Saakaşvilinin bir neçə cangüdəni hoteldə qalaraq, jurnalistlərə bildiriblər ki, siyasətçi heç yerə getmək fikrində deyil və hoteldə gecələyəcək. Amma qəflətən liftdən çıxan Mixeil hotel qapısından çölə çıxıb. Mühafizəçi Saakaşvilinin iş dalınca getdiyini bildirib. Bir müddət sonra mikroavtobus hotelə qayıdıb. Amma jurnalistlər Saakaşvili və nümayəndə heyətini görə bilməyiblər. Hotelin işçiləri də siyasətçinin geri qayıtmadığını bildiriblər.
Bölmə: Siyasət | 13 sentyabr 2017 11:48 | Baxış sayı: 77





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: