Diaspor rəhbərindən xaricdə yaşayan həmyerlilərimizə örnək olacaq addım – FOTO
13-09-2017, 23:03
Oxunub: 1 610
Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri şəhidləri ziyarət edib
Bu gün Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri, Qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçisi Nazir Hətəmov 2-ci Fəxri Xiyabanda döyüşlərdə şərəflə canından keçən şəhidlərin məzarını ziyarət edib.
Ziyarət zamanı şəhidlərin məzarı önünə qərənfillər qoyulub və onların ruhuna dualar oxunub.
“Bu günümüz üçün müqəddəs Şəhidlərimizə borcluyuq!”
"Bolgexeber.com"un əməkdaşına ziyarətlə bağlı açıqlama verən Nazir Hətəmov bildirib ki, şəhidlərin əziz xatirəsini uca tutmaq, daim ziyarət etmək hər birimizin mənəvi borcudur.
“Torpaq uğrunda ölən varsa - Vətəndir! Bu gün 2-ci Fəxri Xiyabanda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan, öz adlarını Azərbaycanın şanlı tarixinə böyük hərflərlə yazdıran şəhidlərimizi ziyarət etdik. Şəhidlər ölmür, onlar daim bizim qəlbimizdə yaşayır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi mütəmadi olaraq ziyarət edirik və bu həmişə belə olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyərək Nazir Hətəmov açıqlamasını yekunlaşdırıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər