BolgeXeber.Com » Xəbərlər » Məscidlərdə axund vəzifəsi ləğv edilir - QƏRAR

Məscidlərdə axund vəzifəsi ləğv edilir - QƏRAR

14-09-2017, 15:24
Oxunub: 1 394 Məscidlərdə axund vəzifəsi ləğv edilir - QƏRARAzərbaycan məscidlərində axund vəzifəsi ləğv edilir

Bu barədə qərar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarə edənlər imam statusu alacaqlar.
QMİ sədri Allahşükür Paşazadə bildirib: "Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək".