Milli Musiqi Günü metroda qeyd olunacaq
14-09-2017, 15:58
Oxunub: 1 910
Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək
QSC-dən Bolgexeber.com-a verilən məlumata görə, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir.
Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.
Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.
Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:
- “İçərişəhər” stansiyası – saat 12:00-13:30;
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər