BolgeXeber.Com » Xəbərlər » Aşıq Ədalət vəfat edib

Aşıq Ədalət vəfat edib

14-09-2017, 16:46
Oxunub: 3 279 Aşıq Ədalət vəfat edibAşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub

Aşıq Ədalət Nəsibov vəfat edib.

Bolgexeber.com xəbər verir ki, bu barədə aşığın oğlu Hekayət Nəsibov məlumat verib:"Dünən yaxşı idi, mənimlə zarafatlaşdı. Axşam halı pisləşdi, həkim çağırdıq. Bir az əvvəl gözlərini yumdu. Onun son sözü bu oldu ki, mənə görə çox əziyyət çəkdiniz, haqqınızı halal edin”.

Görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib.

Vida mərasimi və aşığın dəfn olunacağı yer hələlik dəqiqləşməyib.

Qeyd edək ki, aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Aşıq Ədalət 27 yanvar 1939-cu ildə Qazax rayonunda anadan olub.

Saz çalmağı atasından öyrənib, gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb.

O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının mahir ifaçısı hesab olunur.