Bu gün Masallıda yeni ATS quraşdırılıb
9-02-2011, 17:25
Oxunub: 6 436
Günün sonuna kimi 2 min abonentlə rabitə əlaqəsi bərpa olunacaq
Azərbaycanın Masallı rayonunda yeni ATS quraşdırılıb. Bolgexeber-in müxbirinin məlumatına görə, günün sonuna qədər 6 min abonentdən 2 min abonentlə rabitə əlaqəsi bərpa ediləcək.
Hazırda rayonda Telekommunikasiya Qovşağının binasında baş verən çökmədən sonra rabitə xidmətlərində yaranan problemlərin aradan qaldırılmasi istiqamətində iş aparılır. Bərpa işlərinə "Aztelekom" İstehsalat Birliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparıcı mütəxəssisləri nəzarət edir. Eləcə də, cənub bölgəsinin bütün rayonlarından rabitəçilər köməyə gəlib.
Dağıntının baş verdiyi ərazidə təmizləmə işləri əllə aparılır ki, bütün detalları araşdırmaq mümkün olsun. Rəsmilər hələlik hadisənin baş verməsi ilə bağlı dəqiq versiya bildirmirlər.
Xəsarət alanlara gəlincə isə, onlardan 3-nün vəziyyəti normallaşdığından artıq evə buraxılıblar. Yalnız bir nəfər, 54 yaşlı İbadət Abusət oğlu Quliyevin vəziyyəti otra ağır olduğundan xəstəxanada qalıb.
Xatırladaq ki, fevralın 7-də saat 14:40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsi tamamilə dağılıb. Nəticədə iki nəfər ölüb, 5 nəfər yaralanıb.
Qeyd edək ki, bina 1988-ci ildə inşa edilib. Hadisənin qaz sızmasından baş verdiyi ehtimalı təkzib edilib. Çünki binada ümümiyyətlə qaz sistemi olmayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə