BolgeXeber.Com » Şou-Biznes » "Model-biznesdə Suzanlaşma gedir!"- Video

"Model-biznesdə Suzanlaşma gedir!"- Video

16-09-2017, 09:09
Oxunub: 3 351 "Model-biznesdə Suzanlaşma gedir!"- Video  Bu iddialı açıqlama haqda hələ çox danışılacaq

Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev yerli model -bizneslə bağlı iddialı açıqlama verib/

Bolgexeber.com-a açıqlamasında bəzi modellərin özlərini "Miss Suzi" ləqəbli tanınmış model və aktrisa Suzana bənzətməsindən danışıb.
"Model və aktrisa Suzanın stilini çox bəyənirəm. Bəzi modellər Suzanı təkrarlayırlar. Model - biznesdə Suzanlaşma gedir. Deyirlər ki, bu qədər uğur qazanır, yəqin, biz də onu təkrarlasaq, məşhurlaşarıq. Çox gülməli görünürlər. Amma başa düşmürlər ki, Suzan ilk gündən özü olmağa çalışıb. O seçilir və fərqlənir. Onu sevdirən də elə bu fərqliliyidir. Çalışın siz də heç kimi "kopiyalamayın", özünüz olun” - deyə PR menecer bəzi modellərə müraciət edib.
Qeyd edək ki, model və aktrisa Suzan müğənni Ceyhun Əliyevin "10suz" adlı mahnısına çəkdirdiyi yeni klipində tərəf müqabili olub.