loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Energetika Nazirliyi ləğv oluna bilər - Natiq Əliyevin postu üç aydır boşdur

Energetika Nazirliyi ləğv oluna bilər - Natiq Əliyevin postu üç aydır boşdurEnergetika Nazirliyində rəhbər postu üç aydan çoxdur boşdur

İyunun 9-da Natiq Əliyevin vəfatından sonra energetika naziri postuna hələ də təyinat olmayıb. Bu da bir sıra müzakirələrə yol açıb. Qurumun İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi ilə bağlı iddialar meydana çıxıb.
Buna səbəb də bu ilin əvvəllərindən başlayaraq, Azərbaycanda idarəetmə sahəsində ciddi struktur dəyişikliklərinə start verilməsidir. Bu ilin fevralında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə ləğv edilən Nəqliyyat Nazirliyinin taleyini Energetika Nazirliyinin yaşayacağı bildirilir. İndiki şəraitdə büdcəyə qənaət üçün buna böyük ehtiyacın olduğu da vurğulanır. Məhz bu səbəbdən təyinatın yubandığı, Energetika Nazirliyinin taleyi ilə bağlı müəmmaların meydana çıxdığı deyilir.
İqtisadçı deputat Vahid Əhmədov bu tipli məsələlərin ölkə prezidentinin səlahiyyətində olduğunu bildirdi: “Hazırda struktur islahatları gedir. Fikir verdinizsə, Prezident Aparatında dəyişikliklər oldu. Nazirlər Kabinetində də struktur dəyişiklikləri və təyinatlar gedir. Yəqin ki, nazirliklərlə əlaqədar da müəyyən dəyişikliklər olacaq. Sənaye və Energetika Nazirliyi strateji mövqe tutan nazirlik idi. Şirkətlərin, cəmiyyətlərin işlərinə müdaxilə etmirdi. Amma Natiq Əliyev vəzifədə olanda neftlə əlaqədar məsələlərə ciddi müdaxilə edirdi. Xaricdə OPEK-lə çox ciddi işləyirdi. Deyərdim ki, OPEK-lə imzalanmaların hamısını rəhmətlik Natiq Əliyev aparırdı. Yaxşı mütəxəssis, yaxın tanış, dostumuz idi. Allah ona rəhmət eləsin. Hesab edirəm ki, burada iki variantdan biri olmalıdır. Ola bilər ki, nazirlik ləğv edilib, İqtisadi-İnkişaf Nazirliyinə birləşdirilsin. Amma bunun əksi də ola bilər, yəni nazirlik saxlanılana da bilər. Burada sənaye sahəsi var ki, bu çox vacib sahədir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün sənayeyə diqqəti artırmaq lazımdır. Düzdür, son vaxtlar daha çox kənd təsərrüfatına diqqət ayırırıq. Cənab prezident bu sahəyə çox diqqət ayırır. Bu istiqamətdə ciddi işlər də görülür. Sənayedə hələlik neft üzrə sektorun inkişafı gedir. Amma qeyri-neft sektorunun inkişafı bizim üçün çox vacibdir. Bu baxımdan ola bilər ki, nazirlikdə bir kadr təqdim olunsun. O da sənayemizin inkişafında, Azərbaycan neftinin və xalq sənayesinin inkişafında daha çox iştirak etməli olsun. Yəni bu sahəyə də diqqəti artırmaq lazımdır. Cənab prezidentin yəqin ki, bu barədə fikirləri var. Belə götürəndə Azərbaycan hökumətində nazirliklər çoxdur. Bunun birləşdirilməsinə çox böyük ehtiyac var. Elə bir zəmanədir ki, idarəetməni çevik quran strukturlar lazımdır. Əgər belə lazım deyildisə, o zaman Prezident Administrasiyası toxunmazdılar, Nazirlər Kabinetində ixtisarlar olmazdı. Nazirliklərdə də birləşdirilmələrə ehtiyac var”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, son zamanlar aparılan mərkəzləşmə işləri, daha kompakt idarəetmə sistemi yaratmaq islahatlar paketinin tərkib hissəsidir: “Bir çox nazirliklərin birləşdirilməsi, bir çox qurumların ləğv olunması, şişirdilmiş aparatların ləğvi çox vacibdir. Hətta mən dəfələrlə səsləndirmişəm ki, ümumiyyətlə, Nazirlər Kabineti ləğv olunsun, Prezident Administrasiyasında şöbələrlə əvəz olunsun. Bunlar vacib işlərdir. Bir nazirin təyinatı prezidentin müstəsna səlahiyyətidir. Hesab edirəm ki, birləşdirilmələr davam eləsə, bu nazirlik də başqa nazirliklə birləşdirilsə daha doğru olar. Təyinatın gecikdirilməsi məsələsi birbaşa prezidentdən asılıdır. Səbəbi yalnız ondan öyrənmək mümkündür. Başqa bu barədə nəsə söyləmək çox çətindir. İstənilən halda birləşdirilmələr zərurəti var. Parlamentdə dəfələrlə məsələ qaldırmışam ki, icra strukturlarının səlahiyyətlərinin bir hissəsi bələdiyyələrə verilsin və bu yolla bələdiyyə idarəetmə sisteminə keçilsin. Prezidentin bu idarəetmə sistemində həm hüquq, həm də məsuliyyət bölgüsü olacaqdır. Bəzən düşünürlər ki, yerlərə hüquqlar verilir. Şişirdilmiş aparatların da mövcudluğu hər kəs tərəfindən etiraf olunur. Amma unutmaq olmaz ki, birdən-birə ixtisarların aparılması asan məsələ deyil. Çünki işçilərin işlə təmin olunmaları və bu kimi məsələlər var. Özəl sektorların inkişafına əl qoymaqla, müəyyən qədər şişirdilmiş aparatları ləğv edib, kompakt idarəetmə sistemi ilə əvəz etməklə daha ciddi nəticələr əldə etmək mümkündür. Bununla büdcəyə qənaət olunur. Bir də görürsən ki, bir işlə bir neçə adam yaxud struktur məşğul olur. Hamı da bir işlə məşğul olanda nəticə olmur. Energetika Nazirliyinə təyinatın yubadılmasını orada islahatların aparılacağı ilə bağlamaq da düzgün deyil. Ümumilikdə Strateji ”Yol Xəritəsi" ölkə başçısının ortaya qoyduğu xəritədir. Bu xəritə hər kəs tərəfindən təqdir olunub. O paketdə idarəetmədə islahatlar və şişirdilmiş aparatların daha çevik sistemlə əvəz olunması nəzərdə tutulur. Düşünürəm ki, bunun ikisi də paralel gedəcək". \\musavat.com\\
Bölmə: Xəbərlər | 16 sentyabr 2017 13:20 | Baxış sayı: 102





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: