BolgeXeber.Com » Xəbərlər » Rusiyalı qadın Türkiyədən çamadanda qaçmaq istədi - VİDEO

Rusiyalı qadın Türkiyədən çamadanda qaçmaq istədi - VİDEO

16-09-2017, 14:18
Oxunub: 1 740 Rusiyalı qadın Türkiyədən çamadanda qaçmaq istədi - VİDEO27 yaşlı rusiyalı qadın Angelina Samusenko Türkiyədən Gürcüstana çamadanın içində qaçmaq istəyib

Sentyabrın 14-də sərhədyanı Sarp məntəqəsində Gürcüstan vətəndaşı Domenti Surmanidze saxlanılıb. Onun həddən ağır çamadanı sərhədçilərin diqqətini cəlb edib. Yoxlama zamanı məlum olub ki, çamadanda qadın var. Rusiyalı qadının pasportunda 14 sentyabr tarixində Türkiyəni tərk etməsi barədə saxta möhür aşkarlanıb.

Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Angelina Samusenko barədə Türkiyəni tərk etməməsi ilə bağlı qətimkan tədbiri seçilib. Belə ki. bir müddət öncə o, Kəmərdə 67 yaşlı kişini avtomobillə vuraraq öldürübmüş. Qəza anında qadın sərxoş olub.