BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi geniş miqyaslı silsilə tədbirlərə start verib-FOTO

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi geniş miqyaslı silsilə tədbirlərə start verib-FOTO

16-09-2017, 14:45
Oxunub: 5 070 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi geniş miqyaslı silsilə tədbirlərə start verib-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi 15 sentyabr yeni tədris ilinin başlanması – “bilik günü” və Azərbaycanda kino mövsümün açılışı ilə əlaqədar geniş miqyaslı silsilə tədbirlərə start verib

Respublikamızın hər yerində olduğu kimi 15 sentyabr – “bilik günü” Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən də geniş şəkildə qeyd edilir. Belə ki, idarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində bir-birindən maraqlı və rəngarəng tədbirlər, konsert proqramları təşkil edilir. Regional İdarə üzrə bu tipli tədbirlərə ilk olaraq İdarənin Mingəçevir şəhər nümayəndəliyində start verilib. Üzeyir Hacıbəyli adına şəhər 11 illik musiqi məktəbi yeni tədris ilinin başlanğıcı münasibəti ilə qapılarını şagirdlərin üzünə açıb. Təşkil edilən tədbirin rəsmi hissəsində məktəbin kollektivi, Regional İdarənin Mingəçevir şəhəri üzrə məsləhətçisi Şəlalə Sadəddinova və idarənin məsləhətçisi Ceyhun İsmayılzadə iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Namiq Mirzəyev açıb. O tədbir iştirakçıların salamlayaraq kollektivə yeni dərs ilində uğurlar arzulayıb. Sonra tədbirdə çıxış edən Regional İdarənin məsləhətçisi Ceyhun İsmayılzadə öncə İdarənin rəisi İlyas Hacıyev başda olmaqla bütün heyət adından kollektivə təbriklər çatdırıb. Ceyhun İsmayılzadə onu da qeyd edib ki, : - “İndiki dövrdə bir-birindən gözəl müasir mədəniyyət müəssisələri vardırki onlarda öz növbəsində Azərbaycan xalqına və parlaq Azərbaycanın gələcəyinə xidmət edir. Əlbətki bu şəraitin yaradılmasında Ümummilli lider Heydər Əliyevin və hal-hazırda bu layiqli yolun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin danılmaz müstəsna xidmətləri vardır.”
Daha sonra tədbir musiqi məktəbinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. Konsertdə məktəbin müəllimləri ilə yanaşı tanınmış yerli incəsənət ustaları da çıxış edib.
Davam edən tədbirlərdən növbətisi Mingəçevir şəhər F.Qasımov adına uşaq incəsənət məktəbində və Bülbül adına şəhər 2 nömrəli uşaq musiqi məktəblərində baş tutub. Tədbirlərdə çıxışlar səsləndirilərək müəllim və şagirdləri yeni tədris ili münasibəti ilə təbrik ediblər. Maraqlı konsert proqramı ilə davam edən tədbirlər xoş anlarla yadda qalıb.
Regional İdarənin Yevlax şəhər nümayəndəliyində də 15 sentyabr – “bilik günü” və yeni tədris ilinin başlaması ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.
Şəhər 1 nömrəli uşaq musiqi məktəbinin təşkil etdiyi tədbir proqramı ilə start götürən tədbirlər daha sonra nümayəndəliyin tabeliyində olan şəhər 2 nömrəli, Xaldan, Aşağı Qarxun, Malbinəsi kənd və Aran qəsəbə uşaq musiqi məktəblərinin təşkil etdiyi tədbirlərlə davam edib.
Şəhər 1 nömrəli uşaq musiqi məktəbində baş tutan tədbirdə öncə məktəbin direktoru İlqar Əhmədov çıxış edib. O kollektivi və şagirdləri yeni tədris ilinin başlanğıcı və “Bilik günü” münasibəti ilə təbrik edib. O vurğulayıb ki, tez bir zamanda məktəb daha yeni və müasir tədris binası ilə əvəz olunacaqdır ki, bu da öz növbəsində şagirdlərin təhsil almasında çox böyük müsbət təsir göstərəcəkdir. Sonra söz Regional İdarənin Yevlax şəhər nümayəndəliyi üzrə məsləhətçisi Rafiq Məmmədova verilib. Rafiq Məmmədov da öz növbəsində bütün kollektivi və məktəbin şagirdlərini səmimi qəlbdən təbrik edib, onlara yeni tədris ilində bol-bol nailiyyətlər arzulayıb. Həmçinin Rafiq Məmmədov məktəbin ötən tədris ilində qazandığı uğurlardan söz açaraq kollektivi və şagirdləri keçiriləcək müsabiqə və festivalarda daha da yaxından iştirak etməyə çağırıb.
Çıxışlardan sonra tədbir proqramı maraqlı və rəngarəng konsert proqramı ilə davam edib. Konsertdə tanınmış sənət ustaları ilə yanaşı məktəbin fəal şagirdləri də iştirak edib.
Davam etməkdə olan silsilə tədbirlərdən digərləri Regional İdarənin Bərdə rayon nümayəndəliyində keçirilib. Şəhər 1 nömrəli uşaq incəsənət məktəbində keçirilən tədbir daha sonra rayon ərazisində yerləşən digər incəsənət və musiqi məktəblərində də davam edib.
Şəhər 1 nömrəli uşaq musiqi məktəbinin təşkil etdiyi tədbir öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Regional İdarənin məsləhətçisi Validə Nabatova çıxışında ölkə rəhbərliyi tərəfindən mədəniyyət işçilərinə və bütövlükdə mədəniyyət sahəsinə xüsusi diqqət göstərdiyini vurğulayıb. O qeyd edib ki, : - “Bu gün mədəniyyət sahəsindəki hər bir uğurun arxasında məhz dövlətin bu istiqamətdəki məqsədyönlü siyasəti dayanır. Bu, ölkə rəhbərliyinin mədəniyyət təhsili sahəsinə göstərdiyi böyük diqqətin təzahürüdür. Ölkəmizdə uşaq və gənclərin musiqi, incəsənət, rəssamlıq sahəsində keyfiyyətli təhsil alması üçün geniş imkanlar yaradılır.”
Daha sonra tədbir iştirakçıları məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının musiqilərindən o cümlədən, xalq mahnılarından ibarət möhtəşəm ifalar dinləyiblər.
Qeyd edək ki, bu cür tədbirlər nümayəndəliyin tabeliyində olan şəhər 4 nömrəli uşaq incəsənət, şəhər 2,3 nömrəli uşaq musiqi və Divanlı, Kətəlparaq, Kolaylır kənd uşaq musiqi məktəblərində də davam edib.
Nönbəti silsilə tədbirlərdən biri isə məhz Regional İdarənin Tərtər rayon nümayəndəliyində baş tutub. Belə ki, Tərtər rayon uşaq musiqi məktəbinin təşkil etdiyi tədbir maraqlı anlarla yadda qalıb.
Tədbir öncəsi çıxış edən Regional İdarənin Tərtər rayon üzrə baş məsləhətçisi Gündüz Mürsəlov məktəb kollektivini gələcək üçün savadlı və bacarıqlı musiqiçi kadrların hazırlanmasında daha da səylə çalışmağa çağırıb. Gündüz Mürsəlov məktəbin kollektivinə işlərində uğurlar arzulayaraq, bundan sonra da məktəbin uğurlarının sayının artacağına əminliyini ifadə edib.
Tədbir musiqi məktəbinin kollektivi tərəfindən təqdim edilən konsert proqramı ilə yekunlaşıb.
15 sentyabr tarixi Regional İdarə tərəfindən təkcə “bilik günü” və yeni tədris ilinin başlaması kimi deyil həmçinin də, Azərbaycanda kino mövsümün açılışı günü kimi qeyd olunub.
Bu münasibətlə öncə 14.09.2017-ci il tarixdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsində Rəis İlyas Hacıyevin rəhbərliyi ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanda milli kinonun yubileyinə hazırlıq və mədəniyyət müəssilərində Azərbaycan filmlərinin nümayiş etdirilməsiylə bağlı tapşırıq və tövsiyələr verilib. Bundan başqa müşavirə iştiakçılarının təklifləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda kino mövsümünün açılışı ilə əlaqədar Mingəçevir şəhərində də müşavirə təşkil edilib. Müşavirədə Azərbaycanda kino sənətinin tarixi, zənginliyi və inkişaf yolu barədə məlumat verilib. Müşavirədə çıxış edən Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyi üzrə məsləhətçisi Şəlalə Sadəddinova nümayəndəlik tərəfindən təqdim ediləcək filmlər haqqında danışıb. O qeyd edib ki, filmlər artıq bu günlərdən başlayaraq müntəzəm şəkildə nümayiş olunacaq və filmlərin təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.
15.09.2017-ci il tarixdən isə Regional İdarənin Bərdə rayon nümayəndəliyində kino mövsümünün başlanğıcı ilə əlaqədar filmlərinin nümayiş etdirilməsinə start verilib.
Bərdə rayon Mədəniyyət Mərkəzində baş tutan film nümayişi maraq dolu anlarla yadda qalıb. Belə ki, nümayiş öncəsi Azərbaycanda kino sənətinin yaranma tarixi, onun keçdiyi mərhələlər və inkişaf yolu barədə ətraflı məlumatlar verilib. Maraq doğuran cəhətlərdən biri də Mədəniyyət Mərkəzinin foyesində təşkil edilən retro film aparatlarının sərgilənməsi olub. Böyük izləyici marağına səbəb olan sərgi bundan sonrada davamlı olaraq sərgilənəcəkdir.
Daha sonra “Azərbaycanın Milli Qəhrəmnları”na həsr olunmuş film izləyicilərin seyrinə təqdim olunub. Maraq və diqqətlə izlənən filmdə Azərbaycanın qəhrəman vətən oğullarından olan Əliyar Əliyev, Elman İsmayılovun igidliklərlə dolu şərəfli döyüş yolundan bəhs edilir. Qeyd edək ki, Regional İdarə tərəfindən vətənpərvərlik filmlərinin nümayişi bundan sonrada davam etdiriləcək.
Bundan başqa Bərdə şəhər Heydər Əliyev Mərkzində də film nümayişi həyata keçirilib. Ulu öndər, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi” filmi izləyicilərdə vətənpərvərlik və vətəni sevmə prinsipini daha da coşdurub.
Onu da qeyd edək ki, film təqdim olunmazdan öncə Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda müstəsna xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əliyevin əziz ruhu bir qədiqəlik sükutla yad edilib.
Davam edən film nümayişlərindən digəri isə Regional İdarənin Yevlax şəhər nümayəndəliyində baş tutub. Beləki şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Hedər Əliyev sarayında təqdim olunan film geniş izləyici kütləsinin marağına səbəb olub. Sözü gedən film Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə çəkilən “Cavad Xan” filmi olub. Bu film XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan xanlar xanı, cəsur sərkərdə Cavad xan haqqındadır.
İdarənin Tərtər rayon nümayəndəliyində də film nümayişi təşkil edilib. İlk öncə rayon Mədəniyyət Mərkəzində “Batalyon” filmi nümayiş olunub. Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə “Yaddaş” studiyası tərəfindən çəkilib. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır. Filmin çəkilişləri Ağdərə rayonun düşmən işğalından azad olunmuş ərazilərində aparılıb.
Növbəti film nümayişi isə Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilib. Milli Qəhrəmanlarımızdan bəhs edən filmdə onların həyat və fəaliyyətləri, iştirak etdikləri döyüşlərdən söz açılıb. Film öncəsi vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonda qeyd edək ki, Regional İdarə tərəfindən film nümayişləri müntəzəm şəkildə davam etdiriləcəkdir.
Bolgexeber.com