BolgeXeber.Com » Sosial » "JEK"lərdən şikayət var: Vətəndaşlara arayış verilmir - VİDEO

"JEK"lərdən şikayət var: Vətəndaşlara arayış verilmir - VİDEO

17-09-2017, 10:13
Oxunub: 6 575 "JEK"lərdən şikayət var: Vətəndaşlara arayış verilmir - VİDEOVətəndaşlar Mənzil-Kommunal Istismar sahələrindən şikayət edirlər

Onlar MİS-dən ailə tərkibi və "Forma-2" adlanan (yaşayış yerindən arayış) arayışlarını ala bilmədiklərini deyirlər.
Şikayətçilərin sözlərinə görə, bocu olan adama arayış verilmir. MİS-lər mənzil haqqı adlanan bacaların, zibilin daşınması üçün tələb olunan vəsaitin ödənilməsini şərt kimi qoyurlar. İnsanlar arayış üçün aylarla yığılıb qalan borcu ödəməyə məcbur edildiklərini bildirirlər.
Birinci şikayət üzrə 110 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Səbuhi Əkbərovla əlaqə saxladıq. "Vətəndaşların borclarını ödəməyə borclu olduqlarını" bildirən MİS rəisi mövzu ilə bağlı müsahibə verməkdən boyun qaçırdı.
İkinci şikayət üzrə yollandıq 67 nömrəli Mənzil-Kommunal İstismar sahəsinə. Qapı bağlı olduğundan təəssüf ki, burdan da münasibət öyrənə bilmədik.
Araşdırmamız zamanı məlum oldu ki, Bakıda yerləşən bir neçə Mənzil İstimar Sahələrində belə vəziyyət höküm sürür. Doğrudan da borcu olan sakinlərə arayış verilmir. Mənzil-Kommunal Istismar sahələri işçilərinin əmək haqlarının vətəndaşlardan yığılan vəsait hesabına ödədikləri üçün belə bir tələb qoymağa məcbur olduqlarını deyirlər. Halbuki, Mənzil Məcəlləsində bu göstərilməyib.
Hüqşünas Xəyal Bəşirovun sözlərinə görə, qanunvericiliyə görə Mənzil İstismar Sahələri arayış verməyə borcludular. Arayış üçün vətəndaş nəyəsə məcbur edilə bilməz. Lakin qanunvericilik vətəndaş qarşısında mənzil pulunu ödəməyi şərt kimi qoyub.
Qeyd edək ki, ailə tərkibi və yaşayış yerindən verilən arayışları "ASAN Xidmət"dən də əldə etmək mümkündür.