BolgeXeber.Com » Analitika » Abel Məhərrəmov da yoxlanılır

Abel Məhərrəmov da yoxlanılır

4-12-2012, 13:10
Oxunub: 4 976 Azərbaycanın 2 ali məktəbi akkreditasiyadan keçiriləcək.

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin baş məsləhətçisi Murad İmanov APA-ya açıqlamasında deyib ki, akkreditasiyadan keçiriləcək ali məktəblər Bakı Dövlət Universiteti və Azərbaycan Turizm İnstitutudur. Onun sözlərinə görə, hazırda həmin ali təhsil müəssisələrinin akkreditasiyası üçün komissiyalar təşkil ediləcək: “Onların akkreditasiyadan keçirilməsi üçün fəaliyyətləri yenidən yoxlanılacaq. Bu proses ilin sonuna kimi başa çatacaq. Hər bir ali məktəb 5 ildən bir akkreditasiyadan keçərək öz fəaliyyətini yenidən təsdiqlətməlidir. Ali məktəblərin təqdim etdikləri təhlillərə komissiyalarda baxılır, müəyyən iş aparıldıqdan sonra bu məlumatlar akkreditasiya şurasına təqdim edilir. Bu zaman isə bir sıra parametrlər nəzərə alınır. Müəyyən olunan normalar və parametrlər düzgün olmadıqda həmin təhsil müəssisəsi akkreditasiyadan keçmir”.

Qeyd edək ki, noyabrın 15-dən etibarən respublika üzrə ümumtəhsil məktəblərinin akkreditasiyadan keçirilməsi prosesinə başlanılıb. Akkreditasiya prosesi 2013-cü ilin may ayına kimi davam edəcək. Bu müddət ərzində 40 təhsil müəssisəsi yoxlanılaraq akkreditasiyadan keçiriləcək.