BolgeXeber.Com » Gündəm » İlham Əliyev ölkənin qərbinə gedib

İlham Əliyev ölkənin qərbinə gedib

9-02-2011, 17:35
Oxunub: 6 236
Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da respublikanın qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gedib.

Bolgexeber.cpm-un məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezidentə abidənin ətrafında salınan Heydər parkında aparılmış abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.
Sonra dövlət başçısı Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.