BolgeXeber.Com » Gündəm »  "Azəriqaz" narazılıq yaradır - GİLEY

 "Azəriqaz" narazılıq yaradır - GİLEY

18-09-2017, 16:20
Oxunub: 3 718   "Azəriqaz" narazılıq yaradır - GİLEY2 aydır ki, Hökməli kəndi qaz üzünə həsrətdir

Kənd sakinlərinin bildirdiyinə görə, kəndə gələn qaz xəttlərinə qeyri-qanuni qoşulanlar olduğu üçün kəndin qazını kəsib, həmin qeyri-qanuni-qoşulmaları xətdən ayırırlar, nəticədə isə kənd qazsız qalıb.

Kənd sakinləri "Ölkə.Az"-a onu da bildirib ki, artıq kəndin aşağı hissəsinə qazın verilişi bərpə edilib, ancaq yuxarı hissə hələ də qaz üzünə həsrətdir.

Məsələni aydınlaşdırmaq üçün “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə əlaqə saxladıq. İbrahim Kərbəlayev bildirdi ki, Hökməli kəndində mərhələli şəkildə iş gedir:

"Hökməli kəndində qaz xəttlərinə qeyri-qanuni qoşulmalara görə kəndə qaz təchizatı dayandırılmışdı. Orada məhəllə-məhəllə aparılan işlərdən sonra kəndin böyük əksəriyyətində belə desək, "təmizləmə" işləri görülüb qurtarıb".

Qeyri-qanuni qaz xəttlərinə qoşulanlara görə qazsız qalanların şikayətinə gəldikdə isə İbrahim Kərbəlayev bildirdi ki, ərazidə iş gedir:

"Ərazidə bizim əməkdaşlarla yanaşı icra hakimiyyətinin əməkdaşları da işləyir və sakinləri həm də marifləndirirlər. Ancaq hələ də qeyri-qanuni qoşulmalar var. Məhəllə-məhəllə qaz xəttlərinə qeyri-qanuni qoşulmalar aradan qaldırıldıqdan sonra kənd qazla təmin ediləcək".

Qeyd edək ki, qeyri-qanuni qaz xəttlərinə qoulmalara görə digər sakinlərə də qaz verilişi dayandırılıb.
Bolgexeber.com