BolgeXeber.Com » Şou-Biznes » “Aygün Kazımova baxımlı, gözəl xanımdır..” - Video

“Aygün Kazımova baxımlı, gözəl xanımdır..” - Video

18-09-2017, 17:55
Oxunub: 4 920 “Aygün Kazımova baxımlı, gözəl xanımdır..” - Video Müğənni Lətifə Soyuözü özünü xalq artisti Aygün Kazımovaya oxşatmaqda günahlandırıblar

Bölgəxəbər.com-un məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında özü də bunu danmayıb: “Mənə tez-tez yazırlar ki, bilmirik Aygün Kazımovaya oxşayır, yoxsa özünü oxşadır. Cilvəli müğənnilərimiz azdır. Aygün xanım da çox cilvəli qadındır, mən də cilvəli qadınam. Məndən asılı olmayaraq gülməyim, jestlərim, danışmağlm ona bənzəyər. Aygün Kazımova mənim tərzimdə olan qadındır. Baxımlı, gözəl xanımdır. Uşaqlıqdan onu izləmişəm. Bu da təsir edir. Bizim nəslin ən böyük starıdır. İstər-istəməz özümüzü ona oxşadacağıq". Lətifə plastik əməliyyat etdirməsi, dodaqlarını böyütdürməsi ilə bağlı şayiələrə də son qoyub. O bildirib ki, dodaqlarına heç bir dolğu vurdurmayıb: "Deyirlər ki, üzü bütün botoksdur. Əgər üzümə botoks etsəm, çəkinmədəm deyərəm. Deyirlər, bunun dodaqlarına bax, kaç böyütdürməsəydi. Doğrudan dodaqlarıma heç nə etdirməmişəm. Uşaqlıqdan dodaqlarım belə olub".