BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Milli Musiqi Günü”nü silsilə tədbirlər

Bərdədə “Milli Musiqi Günü”nü silsilə tədbirlər

18-09-2017, 20:43
Oxunub: 4 508 Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlərBərdə Regional Mədəniyyət və Turizm İdarəsi “Milli Musiqi Günü”nü silsilə tədbirlərlə qeyd edir

18 sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi bu dəfə də geniş və təntənəli şəkildə qeyd edilir. Bu musiqi bayramı tariximizə dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Üzeyir Hacıbəyovun taleyində ən möhtəşəm səhifə bir də odur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

Ömrünü Azərbaycan mədəniyyətinə, musiqisinə həsr edən bu dahi şəxsiyyətin xatirəsi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən silsilə tədbirlərlə yad edilir. Belə ki, Regional İdarənin tabeliyində olan musiqi və incəsənət məktəblərində, klub müəssisələrində, kitabxanalarda görkəmli bəstəkar haqqında tədbirlər, dəyirli masalar, konsert proqramları təşkil olunur. Tədbirlərdə görkəmli bəstəkarın həyat və yaradıcılığından çıxışlar səsləndirilir, əsərlərindən səhnələr oynanılır.

İdarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan musiqi və incəsənət məktəbləri də öz növbələrində dahi şəxsiyyətin əziz xatirəsini o cümlədən Milli Musiqi Gününü qeyd ediblər.

Şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində keçirilən tədbirdə öncə ədibin həyat və yartadıcılığından məlumat verilib. Onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi mədəni sərvətin əvəzolunmazlığı da bir daha qeyd edilib. Həmçinin tədbirdə çıxış edən məktəbin direktoru Namiq Mirzəyev vurğulayıb ki, : - “Üzeyir Hacıbəyli kimi dahilərin sənət dünyası ilə daha da zənginləşən Azərbaycan musiqisi bu gün çiçəklənmə dövrünü yaşayır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O, bu sərvəti bütün bəşəriyyət üçün yaradıb”.

Bundan başqa Milli Musiqi günü Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan şəhər şəhid F.Qasımov adına İncəsənət məktəbində və şəhər 2 nömrəli uşaq musiqi məktəbində də təşkil edilib. Tədbirlərdə bir-birindən rəngarəng musiqi nömrələri səsləndirilərək dahi Üzeyir yaradıcılığı yad edilib.

Qeyd edək ki, tədbirlərdə şəhər ictimaiyyəti və mədəniyyət işçiləri iştirak edib.

İdarənin Yevlax şəhər nümayəndəliyində də Milli Musiqi günü silsilə tədbirlərlə qeyd edilib. Uşaq musiqi məktəbləri, klub müəssisələri və kitabxanalarda təşkil olunan tədbirlər maraqlı anlarla yadda qalıb.

Öncə şəhər 2 nömrəli uşaq musiqi məktəbinin təşkil etdiyi tədbirlə start götürən silsilə tədbirlər daha sonra digər mədəniyyət müəssisələrində də davam edib. Tədbirdə Regional İdarənin Yevlax şəhər namayəndəliyinin məsləhətçisi Rafiq Məmmədov çıxış edərək mədəniyyət sahəsinə olan dövlət qayğısından, həmçinin Heydər Əliyev Fondunun musiqimizin inkişafı, təbliği, tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib. O vurğulayıb ki, : - “Heydər Əliyev Fondunun layihələri musiqimizin təməl daşı olan muğamı artıq dünya musiqisinə çevirib”.
Davam edən silsilə tədbirlər nümayəndəliyin tərkibində olan şəhər 1 nömrəli və Malbinəsi, Xaldan, Qarxun kənd, həmçinin, Aran qəsəbə uşaq musiqi məktəblərində də davam edib.

İdarənin Bərdə rayon nümayəndəliyində də Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd olunub. Geniş şəkildə qeyd olunan əlamətdar gündə dahi bəstəkar Üzeyir Hacıbəylidən geniş söz açılıb və ölməz ruhu yad edilib.

Bir-birindən rəngarəng keçən tədbir proqramlarında bir daha qeyd olunub ki, : - “Üzeyir Hacıbəyli yüksək qabiliyyəti , görünməmiş fədakarlığı, gözəl təhsili, vətənpərvərliyi, fəal ictimai – siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan biridir . O dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil etmiş dahi bir şəxsiyyətdir”.

Bundan başqa təşkil edilən tədbirlərdə musiqi və incəsənət məktəblərinin müəllim və şagird kollektivi dahi bəstəkarın əsərlərindən ifalar səsləndiriblər.

Nəzərə çatdıraqki nümayəndəliyin nəzdində fəaliyyət göstərən şəhər 1 və 4 nömrəli uşaq incəsənət, şəhər 2, 3 nömrəli uşaq musiqi, o cümlədən Divanlı, Kətəlparaq, Kolayır kənd uşaq musiqi məktəblərinin təşkil etdiyi rəngarəng konsert proqramları, tədbirlər geniş izləyici marağına da səbəb olub.

Regional İdarənin Tərtər rayon nümayəliyində də Milli Musiqi gününü geniş tədbir proqramı ilə qeyd edib. Tədbir çıxışlardan sonra dahi Üzeyir Hacıbəylinin bəstələdiyi xalq mahnılarının ifası ilə davam edib.

Sonda onu da qeyd edək ki, mədəniyyət sahəsində göstərdiyi əvəzolunmaz xidmətlərə görə dahi Üzeyir Azərbaycan xalqının qəlbində hər zaman yaşayır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.
Bolgexeber.com
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər
Bərdədə  “Milli Musiqi Günü”nü silsilə tədbirlər