BolgeXeber.Com » Şou-Biznes » Dünya ulduzu Amber Rosa meydan oxuyan "Miss Suzi" – Fotolar

Dünya ulduzu Amber Rosa meydan oxuyan "Miss Suzi" – Fotolar

18-09-2017, 22:10
Oxunub: 3 865 Dünya ulduzu Amber Rosa meydan oxuyan "Miss Suzi" – Fotolar "Özümə rəqib görmürəm"

Tez-tez fərqli obrazlarda görünən "Miss Suzi" ləqəbli tanınmış model və aktrisa Suzan sentyabr ayın ilk günlərində diqqət mərkəzinə düşüb.

Bolgexeber.com-a biri-birindən maraqlı açıqlamalar edərək yeni imicindən danışıb: "Sevincə (red: vizajist Sevinc Həsənova ) yenilik istədiyimi söylədim. Heç kimin etmədiyi bir şey olsun istədim və nəticəsi budur".

Model onu dünya ulduzu Amber Rosaya bənzədənlərə belə cavab verib: "Əsas odur ki, bunu Azərbaycanda ilk mən etdim. Bundan sonra kim edəcəksə, halal xoşu olsun".

Şou qazanını çalxalayacaq açıqlamalar edən model və aktrisa, özünə rəqib görmədiyini deyib: "Deyirlər, Suzanın "qatarı getdi". Onu deyənin mənimlə şəxsi qərəzliyi var. Kim belə düşünürsə çıxsın üzümə desin. Suzanın vaxtı hələ indi başlayır. Getdiyim yolda, mənim imic tərzimdə ruhuma yaxın olan ikinci model və aktrisa tanımıram. Görüntü, imic baxımından özümə rəqib görmürəm".

Fotoların müəllifi Orxan Mustafadır.