BolgeXeber.Com » Gündəm » Ərşad Hüseynov: “Günahkar sürücü yox, onun həmkarı olur”

Ərşad Hüseynov: “Günahkar sürücü yox, onun həmkarı olur”

20-09-2017, 09:34
Oxunub: 6 725 Ərşad Hüseynov: “Günahkar sürücü yox, onun həmkarı olur”Gündəlik həyatımızda ən çox qarşılaşdığımız problemlərdən biri də ictimai nəqliyyatda sərnişin¬-sürücü qarşıdurmasıdır

Bolgexeber.com bildirir ki,bəzi sərnişinlər “Burda mənəm, Bağdadda kor xəlifə” devizini o qədər mənimsəyiblər ki, sürücülərdən xususi qrafiklə idarə olunan ümumi istifadəli nəqliyyat vasitələrini dayanacaqlardan kənarda, istənilən yerdə saxlamağı tələb edir, əməl edilmədikdə isə sürücüləri təhqir edir, hətta fiziki güc tətbiq edirlər. Bəs görəsən bu məsələdə günahkar kimdir?

Yol məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu sahədə doğrudan da problemlər mövcuddur: “Bəzi hallarda avtobus sürücüləri doğrudan da qanunlara riayət etmirlər. Qanunvericiliyin tələblərini pozurlar, avtobusu təhlükəli sürürlər , birinci dəfə dayanacaqdan kənarda saxlayırlar, daha sonra sərnişin tələb edəndə saxlamırlar. Bu zəmində də münaqişələr yaranır. Bəzi hallarda isə günahkar qalmaqala düşən sürücü yox, onun həmkarı olur. Çünki qaydanı pozan sürücülər dayanacaqdan kənarda saxlayır deyə digər sürücüdən də bu tələb olunur. Əməl olunmadıqda dava edir. Belə olan halda sərnişin səhv edir. Çünki kənarda saxlamamalıdır. Sürücü düz edir və ona təşəkkür düşür. Çünki qaydaları pozmur. Yox əgər tək günahkar sürücüdürsə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Gördüyümüz kimi bu işdə həm sərnişinimiz, həm də sürücümüz günahkardır”
Ərşad Hüseynov: “Günahkar sürücü yox, onun həmkarı olur”


Bakı Şəhər Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev də məsələ ilə bağlı fikir bildirdi. Onun sözlərinə görə, ictimai nəqliyyatdan istifadə ilə bağlı xüsusi qaydalar mövcuddur: “Sərnişin avtobusları ümumi istifadəli nəqliyyat vasitəsidir. Və xüsusi qaydaları var. Bu qaydalara əməl etməməkdə həm sürücülər, həm də sərnişinlər məsuliyyət daşıyır. Bakı Nəqliyyat Agentliyi sürücülərin peşəkarlığını artırmaq, sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində sürücülərin peşəkarlığını artırmaq üçün “Sürücü təlim mərkəzi” yaradılmışdır ki, burada sürücülər həm nəzəri, həm də praktiki təlimlərə cəlb olunurlar. Bu təlimlər zamanı həmçinin sürücülərə sərnişinlərə münasibətlə bağlı təlimatlar da verilir. Təlimlərin sonunda sürücülər xüsusi sertifikasiyadan keçirilir, sertifikat alır. Sertifikat ala bilməyən sürücülərin isə təbii olaraq artıq ictimai nəqliyyatda fəaliyyətinə xitam verilir. Görülmüş tədbirlərdən digər mühüm olanı isə sərnişinlərin maarifləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə də müxtəlif tədbirlər həyata keçirilir. İctimai nəqliyyatda etik davranış qaydaları ilə bağlı xüsusi kitabçalar hazırlanıb paylanılır. Eyni zamanda dayanacağlarda informasiya monitorlarında müxtəlif video çarxlar, maarifləndirmə xarakterli plakatlar yerləşdirilir, sosial şəbəkələrdə aksiyalar keçirilir. Bütün vasitələrdən istifadə olunur ki, sərnişinlərimiz ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı məlumatlandırılsın və təlimatlandırılsın”.
Günel Yusifova
Bolgexeber.com