BolgeXeber.Com » Xəbərlər » Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı qız da fahişə imiş

Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı qız da fahişə imiş

20-09-2017, 13:49
Oxunub: 2 860 Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı qız da fahişə imişAdana polisi 3 ay öncə 36 yaşlı Mehmet A.-nın rəhbərlik etdiyi fahişəxana ilə bağlı araşdırmaya başlayıb

O, “eskort saytı” yaradaraq ora fahişələr toplayıbmış.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis mərkəzi Adana olan İstanbul, Ankara, İzmir, Bursa, Muğla, Eskişəhər, Gaziantep, Antalya və digər ərazilərdə əməliyyat keçirib. Əməliyyatda dəstəyə rəhbərlik edən Mehmet A., onun həyat yoldaşı Yıldız A., qardaşı İbrahim Xəlil A., ögey qardaşı Xəlil İbrahim A., qaynı Ergün D. də aralarında olmaqla 20 nəfər saxlanılıb.

Əməliyyatdan sonra Adanaya gətirilən şübhəlilərin ifadəsi alındıqdan sonra 4 nəfəri sərbəst buraxılıb. Tibbi yoxlamadan keçən 2 qadın, 16 kişi məhkəməyə verilib. Onlardan 13 nəfəri məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Eskort saytı ilə bağlı bəzi təfərrüatlar da ortaya çıxıb. Belə ki, evlilik proqramında iştirak edən Birkan K.-ya talib çıxan azərbaycanlı Günel K.-nın da qadın eskort saytında elan verib fahişəliklə məşğul olduğu məlum olub.

Türkiyə pasportu olmayan Günel K. eskort saytı elan pulunu ödəyə bilməyib. Onun üçün bu pulu Birkan K.-nın ödədiyini bildirib: “Birkan fahişəliklə məşğul olduğumu və bu pulu eskort saytına ödədiyimi bilmirdi”, - deyə Günel K. bildirib.

Lakin polis bunun yalan olduğunu ortaya çıxarıb. Belə ki, Birkan K.-nın şəbəkə üzvü olan Ergin D.-yə zəng edərək “Bizim eskort elanları necə oldu?” deyə sual verdiyi onun hadisələrin içərisində olduğunu göstərir.
Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı qız da fahişə imiş
Türkiyədə evlilik proqramına qatılan azərbaycanlı qız da fahişə imiş