BolgeXeber.Com » Xəbərlər » Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır

Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır

20-09-2017, 15:46
Oxunub: 2 528 Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satırGöygöl rayon İcra Hakimiyyəti bir neçə aydır ki, əhalini susuz qoyub

Bolgexeber.com xəbər verir ki, bu barədə "Qaynarinfo"ya rayon sakinlərindən şikayət daxil olub.

Şikayətdə bildirilir ki, Göygöl rayonunda əhaliyə yay boyu içməli su verilməyib. Son zamanlar isə bu problem daha da intensivləşib. Əhaliyə verilməli olan su imkanlı şəxslərin üzüm bağları və əkin sahələri üçün pulla satılır.

"Kimsə də buna görə şikayət edəndə nömrəsiz su maşınları ilə həmin şəxsə su gətirirlər ki, işlət, amma çox səs-küy salma. Su nömrəsiz maşınlarla gətirilir və verilən suyun da tərkibi bilinmir. Hardan və hansı şəraitdə gətirildiyi, standartlara uyğun olub-olmaması bəlli deyil" deyə sakinlərin şikayətində bildirilir.
Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır
Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır