BolgeXeber.Com » Dünya » Dünyanı qurtaran adam 77 yaşında öldü

Dünyanı qurtaran adam 77 yaşında öldü

20-09-2017, 17:48
Oxunub: 2 562 Dünyanı qurtaran adam 77 yaşında öldü1983-cü ildə SSRİ ilə ABŞ arasında nüvə müharibəsi başlamasının qarşısını öz təmkini və fəhmi ilə alan rusiyalı sabiq hərbçi Stanislav Petrov 77 yaşında vəfat edib

Petrov 1983-cü ilin 26 sentyabrında Cənubi Koreyaya məxsus sərnişin təyyarənin rus qırıcıları tərəfindən vurulub salınmasıyla bağlı yaranmış gərginlik zamanı səbrli davranmış, yanlış həyəcan siqnalına uymamış və nüvə müharibəsinin başlanmasına rəvac verməmişdi. Əgər o, ölkəsinə qarşı nüvə təhlükəsi yarandığı barədə həyəcan siqnalını ciddiyə alsaydı və tabe olduğu komandanlığa xəbər versəydi, onlar sərəncamlarındakı nüvə başlıqlı raketlərdən istifadəyə dair əmr verərdilər və sonuncu müharibə başlayardı.

Ancaq Petrov SSRİ ərazisinə doğru gələn raketin gerçək nüvə başlıqlı raket olub-olmadığı barədə qərar vermək üçün yarım saatlıq vaxtdan səmərəli isitfadə edib və sonda yəqin edib ki, həyəcan üçün əsas yoxdur.

Beləliklə, o tarixdə "dünyanı qurtaran adam" kimi qalıb.