BolgeXeber.Com » Bölgə » Masallıda məktəbi şadlıq evinə çevirirlər? - Rəsmi açıqlama

Masallıda məktəbi şadlıq evinə çevirirlər? - Rəsmi açıqlama

21-09-2017, 13:13
Oxunub: 3 239 Masallıda məktəbi şadlıq evinə çevirirlər? - Rəsmi açıqlamaMasallı rayonunun Kürdəbaz kəndində yaşanan olay yerli sakinlərin narahatlığına səbəb olub

Belə ki, 15 sentyabrda uşaqlarını məktəbə aparan valideynlər kənd məktəbinin bağlandığını və heç kimin içəri buraxılmadığını görüblər. Onlar müvafiq qurumlardan bunun səbəbini öyrənmək istəsələr də, məktəbin niyə bağlandığı deyilməyib və qonşuluqdakı Qarğalıq kəndinin məktəbinə getmələri söylənilib. Sentyabrın 18-də isə Kürdəbazlılar məktəbin yenidən açılmasını tələb etmək üçün etiraz aksiyası keçiriblər.

Sakinlər deyir ki, 9 ildir fəaliyyət göstərən məktəbi 30 il əvvəl kənd sakinləri öz hesablarına tikiblər. Onlar iddia edir ki, 100-dən artıq şagirdin təhsil aldığı məktəbi şadlıq sarayı kimi işlətmək üçün bağlayıblar.

Məsələ ilə bağlı Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məktəblə yanaşı, rayonda 3 məktəbin ləğvi ilə bağlı Təhsil Nazirliyinin əmri var. "Həmin məktəblərin həm binaları, həm də əraziləri dövlət balansındadır. Başqasının onu satmaq, istifadə etmək hüququ yoxdur. Ləğv olunan məktəblərin şagirdləri isə yaxın məktəblərə köçürülüb".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə açıqlamasında dedi ki, məsələ ilə bağlı araşdırma aparılır. “Yaxın günlərdə məlumat verəcəyik”.