BolgeXeber.Com » İqtisadiyyat » Dövlətin startaplara növbəti dəstəyi

Dövlətin startaplara növbəti dəstəyi

20-09-2017, 18:21
Oxunub: 3 081 Dövlətin startaplara növbəti dəstəyiFondun elan etdiyi növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

İKT sektorunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq məqsədi ilə Azərbaycan hökuməti tərəfindən göstərilən dəstək sayəsində son illər Azərbaycanın startap ekosistemi inkişaf edir və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşır.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrant ayırıb.

Belə ki, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının növbəti iclasında 10 aprel 2017-ci il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələrilə bağlı yekun qərar verilib.

Qeyd edək ki, sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Bolgexeber.com-a verilən məlumata görə bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə

242 000 AZN qrant vəsaiti ayrılıb.

Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik.

№ Layihənin adı Qrant məbləği (AZN)

1. GRP 11 000

2. Yüksəklik 12 000

3. CamTouch 12 000

4. ReCountry 10 000

5. “Destination – Baku” application 12 000

6. ZoomX 11 000

7. Ustad 12 000

8. WakeMeUp 11 000

9. İlmə 12 000

10. Postcal 14 000

11. Pazl – Xalça 12 000

12. High_Cargo mobile application 11 000

13. Mobil oyunun hazırlanması 11 000

14. Run2Help 12 000

15. İnEduTech 14 000

16. Ecommerce üçün innovativ çatdırılma sıstemi 12 000

17. seattip.com 12 000

18. Hüt-hüt 11 000

19. www.e-pul.az 10 000

20. BKES 10 000

21. Soft Balance Accounting 10 000

Məlumat üçün bildirək ki, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan 28 layihə üzrə işlər davam etdirilir.

Fondun elan etdiyi 5 müsabiqə üzrə qalib olmuş 108 layihənin 27-si tələbələr tərəfindən təqdim olunub (digər- 23 kommersiya hüquqi şəxs, 58 fərdi şəxs), o cümlədən 16-sı universitetlərdəki biznes inkubatorlarda hazırlanıb.

Qalib layihələr daha çox təhsil (16), turizm (15), oyun (14), İKT cihazlarının hazırlanması (18), e-ticarət (11) və digər xidmət (34) sahələrini əhatə edib.