BolgeXeber.Com » Analitika » Fazil Məmmədovun yeni kassa tələbi

Fazil Məmmədovun yeni kassa tələbi

5-12-2012, 12:35
Oxunub: 4 867 Ölkəyə yeni dizaynda kassa aparatları gətirilib; sahibkarlardan köhnə aparatları dəyişmək tələb olunur

Vergilər Nazirliyi sahibkarları yeni kassa aparatları almağa məcbur edir. Bu barədə "Azadlıq" qəzetinə bir qrup sahibkar məlumat verib. Onların sözlərinə görə, ölkəyə yeni dizaynda kassa aparatları gətirilib: “İndi vergi müfəttişləri obyektlərə gələrək bizdən yeni kassa aparatları almağı tələb edirlər. Deyirik ki, axı kassa aparıtımız var. Deyirlər, o köhnədir yenisini almalısınız. Belə çıxır ki, hər dəfə bir dizaynda kassa aparatı çıxacaq biz də hər dəfə onu almalıyıq?!”
Sahibkarlar kassa aparatı ilə bağlı bir maraqlı məqamı da diqqətimizə çatdırıblar: “Tutaq ki, hansısa obyek icarəyə verilib. Həmin obyektin sahibi də ora kassa aparatı alıb. Həmin aparat təbii ki, icarədarın adına rəsmiləşdirilir. Icarədar dəyişən kimi deyirlər ki, yeni kassa aparatı alınmalıdır. Deyirlər ki, kassa aparatını addan-ada keçirmək olmur. Belə çıxır ki, hər dəfə icarədar dəyişəcəksə, obyektin sahibi yeni kassa aparatı alıb, onlardan kolleksiya yığmalıdır?!”.

Məlumatla bağlı Vergilər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.