BolgeXeber.Com » Dünya » Suriyanın 87,4%-i İŞİD terrorçularından azad edilib

Suriyanın 87,4%-i İŞİD terrorçularından azad edilib

22-09-2017, 10:23
Oxunub: 2 189 FaktXəbər-in verdiyi məlumata görə, Suriya ərazisinin təxminən 87,4 faizi İŞİD terrorçularından azad olunub. Bu bəyanatla Rusiyanın Hava-Kosmik Qüvvələrinin komandanlığı çıxış edib

Bildirilir ki, Rusiya aviasiyasının 2 il ərzində Suriya ərazisində terrorçulara endirdiyi 92 min zərbə nəticəsində təxminən 97 min obyekt, 53 min toplandığı yer və 8 mindən artıq komanda məntəqəsi məhv edilib.

Son bir neçə gün ərzində Suriya ordusu İŞİD-in son dayanacaqlarından sayılan Deyr əz-Zorda daha iki yaşayış məntəqəsini terrorçulardan azad edib. General Suhelanın rəhbərlik etdiyi ordu briqadası şəhərin 85 faizinə nəzarəti bərpa edib.