BolgeXeber.Com » İdman »  "Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - RƏSMİ

 "Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - RƏSMİ

22-09-2017, 11:03
Oxunub: 3 089    "Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - RƏSMİ“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir

Apasport.az saytının məlumatına görə, ötən günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb.

Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, azarkeşlərimiz qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.