BolgeXeber.Com » İqtisadiyyat » Ən etibarlı brauzer müəyyən edildi

Ən etibarlı brauzer müəyyən edildi

22-09-2017, 13:52
Oxunub: 4 377 Ən etibarlı brauzer müəyyən edildiAlmaniyanın “X41 D-Sec” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri müxtəlif qarət yollarını sınaqdan keçirərək ən etibarlı brauzeri müəyyən edə biliblər

Uzun çəkən sınaqların nəticələrinə əsasən “Google Chrome” daha təhlükəsiz brauzer kimi qəbul edilib.

Yeni yoxlamalarda “Edge”, “Internet Explorer” və “Chrome” brauzerləri iştirak ediblər. Adıçəkilən brauzerlərin tədqiqatı ilə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi sahəsində ixtisaslaşmış “X41 D-Sec” şirkətinin mütəxəssisləri məşğul olublar. Nəticədə müəyyən edilib ki, məhz “Google Chrome” potensial hücuma müqavimət göstərmək üçün böyük sayda imkanlarla təchiz edilib.

Bu brauzer müəyyən metodlar sayəsində istifadəçinin fayl sisteminə çıxışı tam olaraq bağlamaq imkanına malikdir. Mütəxəssislər əlavə ediblər ki, “Chrome”u müxtəlif genişlənmələrdən istifadə edərək sındırmaq mümkündür. Bu genişlənmələri isə istifadəçilər özləri onun imkanlarını genişləndirmək üçün brauzerə əlavə ediblər.