BolgeXeber.Com » Xəbərlər » “AAAF Park”ın rəhbəri həbs edildi

“AAAF Park”ın rəhbəri həbs edildi

22-09-2017, 14:10
Oxunub: 1 814 “AAAF Park”ın rəhbəri həbs edildi"AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib

Bolgexeber.com "Ölkə.Az”a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları "AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda "AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.

Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.