BolgeXeber.Com » İqtisadiyyat » "Sberbank" sanksiyalara görə bəzi Avropa ölkələrindən çıxacaq

"Sberbank" sanksiyalara görə bəzi Avropa ölkələrindən çıxacaq

22-09-2017, 17:52
Oxunub: 2 599 "Sberbank" sanksiyalara görə bəzi Avropa ölkələrindən çıxacaq"Sberbank" ona qarşı tətbiq edilən sanksiyalar səbəbindən bir sıra Avropa ölkəsində fəaliyyətini dayandırmağı planlaşdırır

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bele bir açıqlama ilə Bankın prezidenti və İdarə Heyətinin sədri German Qref "Rossiya24" telekanalına müsahibəsi zamanı çıxış edib.
"Hazırda Avropadakı fəaliyyətimizi optimallaşdırırıq. Bir sıra ölkələrdən çıxacağıq. Avropadakı mərkəzi ofisimizi optimallaşdıracağıq. Avropada sanksiyalar altında çalışmaq çox çətindir", - deyə G.Qref sözlərinə əlavə edib.