BolgeXeber.Com » Sosial » "AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı-VİDEO

"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı-VİDEO

23-09-2017, 15:50
Oxunub: 2 587 "AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı-VİDEOManatla kredit kartı götürdü, amma borcu dollarla hesablayıb üzərinə faiz də gəldilər

Mingəçevir sakini Esmira Hidayətova 2 il öncə "AccessBank"ın həmin şəhərdəki filialından kredit götürüb və 3 ay əvvəl borcunu tam ödəyib. Müştəriyə kredit borcunun tam ödənildiyi barədə qəbz də təqdim olunub. Lakin ötən gün ona bildirilib ki, bir neçə il əvvəl aldığı kredit kartına görə banka borcu qalıb. 140 manat məvacibin hamısı da həmin borca görə tutulub.
Esmira Hidayətova deyir ki, kredit kartını dollarla yox, manatla alıb. Sonradan ona deyilən cərimə faizini də ödəyib.
Məsələ ilə bağlı "AccessBank"dan bildirildi ki, Esmira Hidayətova kredit kartını dollarla götürüb. Onun bu kartda 67 dollar əsas borcu qalıb və üzərinə 67 dollar da cərimə gəlib. Vaxtında ödəmədiyi üçün onun 67 dollar əsas borcu, yəni 114 manat 50 qəpik hesabındakı puldan silinib. Cəriməsi isə bağışlanıb. Qalan 25 manat 50 qəpiyi isə istənilən vaxt Mingəçevir filialına yaxınlaşaraq ala bilər.