BolgeXeber.Com » Ölkə » Sabahın hava PROQNOZU - Külək, şimşək, yağış...

Sabahın hava PROQNOZU - Külək, şimşək, yağış...

23-09-2017, 17:20
Oxunub: 1 983 Sabahın hava PROQNOZU - Külək, şimşək, yağış...Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.