BolgeXeber.Com » Xəbərlər » Bakının məşhur geyim mağazasında qalmaqal (AÇIQLAMA)

Bakının məşhur geyim mağazasında qalmaqal (AÇIQLAMA)

23-09-2017, 18:45
Oxunub: 2 047 Bakının məşhur geyim mağazasında qalmaqal (AÇIQLAMA)"28 Mall" Ticarət Mərkəzində fəaliyyət göstərən "New Yorker" mağazasında müştəri hüquqlarının pozulduğu iddia olunur

Bakı sakini Ziya Nəzərlinin "Qaynarinfo"ya verdiyi məlumata görə, "New Yorker" mağazasında üzərinə "Dat ass" yazılan köynəklər satılır. Dünən həmin köynəkdən bir ədəd alıb. Bu gün ingilis dilində yazılmış sözün mənasını biləndən sonra geri qaytarmaq istəyib.

Belə ki, "dat" ingilincədən dilimizə tərcümədə "o" anlamına gələn "that" sözünün tələffüz forması, "ass" isə"eşşək" sözünün qarşılığıdır.

Z.Nəzərli bildirib ki, satıcılar "barkod"un qoparıldığını əsas gətirərək geri qaytarmaq istəməyib və əvəzində başqa bir köynək təklif etməyiblər.

Vətəndaş müştəri hüquqlarının pozulduğunu iddia edir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovla əlaqə saxladıq. Eyyub Hüseynov "Qaynarinfo"ya sözlərinə görə, müştəri "barkod"u qoparmadığı halda haqlı ola bilərdi:

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda göstərilir ki, mal işlənməmiş və etiketi üzərində olmalıdır. Bu halda istehlakçının hüququ var ki, 14 gün ərzində malı dəyişsin və ya dəyişməyə mal olmasa, pulu geri qaytarılsın. Etketin olmaması satıcıya haqq verir ki, onu dəyişməsin".