BolgeXeber.Com » Dünya » Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb

24-09-2017, 10:53
Oxunub: 2 361 Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıbMeksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb

Bolgexeber.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox – 167 ölüm halı Mexiko şəhərində qeydə alınıb.

Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb.