BolgeXeber.Com » Dünya » Həmyerlimiz Litvada qatil oldu

Həmyerlimiz Litvada qatil oldu

5-12-2012, 13:35
Oxunub: 3 588 O, Rusiya vətəndaşını qətlə yetirdi

Ötən gün Litvada qaçqın statusu almaq istəyən Azərbaycan vətəndaşı qətl törədib. Bolgexeber.com-un verdiyi məlumata görə, qaçqın statusu almaq üçün müraciət etmiş Rusiya vətəndaşını soydaşımız Litvada Əcnəbilərin Qeydiyyat Mərkəzində bıçaqla qətlə yetirib.

Məlumata görə, Litvada Əcnəbilərin Qeydiyyat Mərkəzində 150 nəfər yaşayır. Onların 79 nəfəri Litvada qaçqın statusu almaq üçün müraciət edib. Qaçqın statusu almaq istəyənlərin əksəriyyəti Gürcüstan vətəndaşlarıdır.