BolgeXeber.Com » Şou-Biznes » Murad Arif: "Aygün Kazımova istisnadır, tarixdir..."

Murad Arif: "Aygün Kazımova istisnadır, tarixdir..."

25-09-2017, 09:35
Oxunub: 8 485 Murad Arif: "Aygün Kazımova istisnadır, tarixdir..."Xəbər verdiyimiz kimi sentyabrın 22-si xalq artisti Aygün Kazımova "Baku Crystal Hall"da möhtəşəm konsert proqramı ilə çıxış edib

Bolgexeber.com-un məlumatına görə, 30 illik səhnə fəaliyyətini qeyd edən pop divanı həmkarları da yalnız qoymayıb. Gecəyə axın edən məşhur simalardan biri müğənni - aparıcı Murad Arif xalq artisti Aygün Kazımovanı təriflədi. Murad öz “instagram” səhifəsində Aygünü şəkilini paylaşaraq altından bu şərhi yazıb:
" Azərbaycan tamaşaçısı adına çox sevinirəm ki, Aygün boyda ulduzu var!
Dünənki şounun miqyasına, o xoreoqrafiyaya baxıb düşünürdüm ki, belə adamlar, normal deyil... Yəni, bu qədər fədakar olmaq olarmı?
Aygün 30 ildir, səhnənin tozunu udaraq, dostuna, düşməninə məktəb ola bildi. O sadəcə №1 deyil. O nömrə cərgəsindən kənardır, o istisnadır, o tarixdir! Əla işdir, Diva".
Onun bu sözlərindən sonra bir çox pərəstişkarları da Aygün Kazımovanın ünvanına xoş sözlər deyiblər.