BolgeXeber.Com » Mədəniyyət » Balaca xanəndəmiz yeni layihə üzərində çalışır - Foto

Balaca xanəndəmiz yeni layihə üzərində çalışır - Foto

25-09-2017, 09:37
Oxunub: 3 959 Balaca xanəndəmiz yeni layihə üzərində çalışır - FotoAzərbaycanın istedadlı övladı, balaca xanəndəsi 11 yaşlı Səlim İbrahimov sükutu pozmağa hazırlaşır

Bolgexeber.com-un məlumatına görə, Səlim hazırda 2 yeni mahnı üzərində çalışır. Bunu bolgexeber.com-a açıqlamasında balaca xanəndə özü deyib. O bildirdi ki, bir Fərhad tək qayaları aşaraq gəlir, Məcnun tək sevərək gəlir, Koroğlu tək qılıncı ilə və möhtəşəm olan layihələri ilə gəlir. İstedadlı ifaçı tamaşaçılarının qarşısına çıxmağı planlaşdırır. Balaca ifaçı bu barədə ətraflı məlumat verə bilməsə də, Səlimin əhatəsində olan mənbə yaxın günlərdə yeni proyektlərin olacağını və tezliklə hər yerdə yayımlanacağını bildirib.
Qeyd edək ki, balaca istedadlı xanəndə Səlim İbrahimov Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Əhməd Bakixanov" adına musiqi məktəbində təhsil alır.

Balaca xanəndəmiz yeni layihə üzərində çalışır - Foto
Balaca xanəndəmiz yeni layihə üzərində çalışır - Foto